Azərbaycan cüdoçuları Avropa kubokunda 4 medal qazandı

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi
Ələkbər Qasımov (8)
İstifadəçi növü İstifadəçi

Təsvir

Çexiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

“Report” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 4 medal yazdırıb.

Oğlanların mübarizəsində Xəyal Həsənov (-50 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Bu çəkidəki digər təmsilçimiz Babarəhim Mirzəyev bürünc medala layiq görülüb. 60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Aydın Rzayev yalnız final görüşündə uduzaraq gümüş medal əldə edib. Qızların yarışında Aydan Rzayeva millimizə gümüş medal qazandırıb. Beləliklə milli komandamız Teplitse yarışının ilk günündə 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub.

Beynəlxalq yarışda Avropanın 28 ölkəsindən 371 cüdoçu medallar uğrunda mübarizə aparır.

Xəbərlər:

Aid olduğu ölkə

Çexiya, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 2349
Baxılıb: 114
Əlavə edilib: 04-07-2021
Redaktə edilib: 04-07-2021
Bitmə tarixi: 04-07-2022
Kateqoriyalar: İdman