Avtomobillər haqqında bilmədiyimiz çox maraqlı faktlar

MəlumatlarBəyənilmişlərə əlavə edin
İstifadəçi
KİV - DDD.AZ (561)
Şirkətin adı DDD.AZ
Mobil nömrə +9..........göstər
Haqqında DDD.AZ - Azərbaycanın Milli portalı Azərbaycanda yeni XƏBƏRLƏR, MƏQALƏLƏR, MƏLUMATLAR, QEYDLƏR, SUALLAR VƏ CAVABLAR portalı
Vebsayt https://ddd.az

Təsvir

Avtomobillər günlük həyat və rahatlığımızın, bəziləri üçün lüksün, digər qisim üçün isə göstərişin ayrılmaz parçasıdır. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, hər ay yeni modellər çıxsa da, əslində avtomobillər haqqında bilmədiyimiz çox şeylər var.

1. Hazırlanan ilk avtomobillərdə sükan olmayıb.

2. Nyu-York Polis Departamenti 1898-ci ildə sürət həddini aşan şəxsləri izləmək üçün velosiped istifadə edib.

3. Sürət həddini aşmaya görə ilk cəza 1902-ci ildə yazılıb.

4. 1916-cı ildə dünyadakı avtomobillərin 55%-i “Ford” markalı olub.

5. Maşınlarda ilk sürət göstəriciləri 1922-ci ildə istifadə olunmağa başlayıb.

6. 1923-cü ildə qadınlar tərəfindən avtomobillər üçün 173 yeni icad kəşf edilib. Bunlar siyahısına karburator və elektrikli mator da daxildir.

7. İlk avtomobil radiosu 1979-cu ildə yaradılıb.

8. “Buick” ilk maşın siqnalını 1938-ci ildə satışa çıxarıb.

9. “The Peanuts (Snoopy) “karikaturaları ilk dəfə 1957-ci ildə “Ford Fairlaine ” avtomobil reklamı üçün animasiya edib.

10. Amerika istehsalı olan bütün avtomobillərin siqnalı “Fa” notu ilə çalınır.

11. Ortalama olaraq bir avtomobildə 914 metr elektrik naqili var.

12. 4 il boyunca 100 km/saat sürətlə getsəniz belə, Amerikadakı bütün yolları qət edə bilməzsiniz.

13. Avtomobildəki hava yastıqları saatda 200 mil sürəti ilə açılır.

14. Ortalama bir insan bütün həyatının 2 həftəsini işıqforda gözləməklə keçirdir.

15. Bir avtomobili əritsəniz 1 tondan artıq dəmir, 635 kq kömür və 54 kq əhəng daşı əldə edə bilərsiniz.

16. Ən çox 2 qapılı “Rolls Royce” Honq Konqadır.

17. Amerikada avtomobil qəzasında ölən ilk şəxs 68 yaşlı əmlakçı Henry H. Bliss olub. 14 sentyabr 1899-cu ildə Nyu-Yorkda Bey Bliss tramvaydan enib və bir qadın sərnişinə kömək etmək üçün arxaya baxdıqda, taksi onu vurub.

Xəbərlər:

Aid olduğu ölkə

Ölkəyə bağlı olmayan

Məlumatlar

Məlumat ID-si: 140
Baxılıb: 232
Əlavə edilib: 29-01-2021
Redaktə edilib: 29-01-2021
Bitmə tarixi: 21-02-2023
Kateqoriyalar: Avto