2021-ci il üzrə "Nəqliyyat Könüllüləri" proqramına yeni könüllülərin cəlb edilməsi prosesinə start verilir

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi
KİV - DDD.AZ (566)
Şirkətin adı DDD.AZ
Mobil nömrə +9..........göstər
Haqqında DDD.AZ - Azərbaycanın Milli portalı Azərbaycanda yeni XƏBƏRLƏR, MƏQALƏLƏR, MƏLUMATLAR, QEYDLƏR, SUALLAR VƏ CAVABLAR portalı
Vebsayt https://ddd.az

Təsvir

Dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən könüllülər dövlət qurumlarının fəaliyyətində fəal iştirak edərək öz töhfələrini verməkdədir. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir.
Ölkəmizdə könüllülük hərəkatının daha da inkişaf etməsinə Bakı Nəqliyyat Agentliyi "Nəqliyyat Könüllüləri" proqramı ilə öz töhfəsini verməkdədir.

Əziz gənclər, 2021-ci il üzrə "Nəqliyyat Könüllüləri" proqramına yeni könüllülərin cəlb edilməsi prosesinə start veririk.

Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, 18 yaşı tamam olan şəxslər öz CV formalarını 01 aprel 2021-ci il tarixinədək Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron ünvanına göndərə bilərlər.

Seçilən könüllülər müsahibə mərhələsinə dəvət ediləcəklər, müsahibə mərhələsini keçən könüllülərə mail vasitəsilə məlumat veriləcəkdir.

Qeyd edək ki, "Nəqliyyat Könüllüləri"ni qarşıda maraqlı bir proqram gözləyir. Keçiriləcək təlimlər, təcrübə proqramı və təqdimatlar zamanı könüllülər bilik və bacarıqlarını inkişaf etdirəcək, mövcud karantin qaydalarına uyğun olaraq Agentliyin həyata keçirəcəyi müxtəlif sosial layihələrə, aksiyalara qatılacaq və tabeli qurumlarda təcrübə səfərlərinə yollanacaqlar. 2 ay müddətində müvafiq şöbələrdə və tabeli qurumlarda təcrübə keçən könüllülərə qiymətləndirmələrin nəticələrinə uyğun olaraq sonda sertifikatlar təqdim ediləcəkdir.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 684
Baxılıb: 108
Əlavə edilib: 20-02-2021
Redaktə edilib: 20-02-2021
Bitmə tarixi: 21-02-2023
Kateqoriyalar: Cəmiyyət