Azərbaycan vətəndaşları Türkiyəyə bu şəxsiyyət vəsiqələri ilə gedə bilməyəcəklər

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi
KİV - DDD.AZ (561)
Şirkətin adı DDD.AZ
Mobil nömrə +9..........göstər
Haqqında DDD.AZ - Azərbaycanın Milli portalı Azərbaycanda yeni XƏBƏRLƏR, MƏQALƏLƏR, MƏLUMATLAR, QEYDLƏR, SUALLAR VƏ CAVABLAR portalı
Vebsayt https://ddd.az

Təsvir

"Azərbaycan və Türkiyə arasında baş tutacaq nota mübadiləsindən sonra, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş vaxtı açıqlanacaq".

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Mürşüd Məmmədov "REAL TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, səyahət zamanı köhnə nəsil şəxsiyyət vəsiqələri etibarlı olmayacaq: "Yəni, vətəndalar içərisində elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə səyahət edə biləcəklər. Hesab edirəm ki, proses hər iki ölkə vətəndalarının işini asanlaşdıracaq".

Xatırladaq kİ, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanunu imzalayıb. Qanun Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur.

Xəbərlər:

Xüsusi məlumat

Xəbər ünvanı (URL) https://pravda.az/news/38095

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 679
Baxılıb: 58
Əlavə edilib: 20-02-2021
Redaktə edilib: 20-02-2021
Bitmə tarixi: 21-02-2023
Kateqoriyalar: Cəmiyyət