Qazla bağlı problemi olanların NƏZƏRİNƏ

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi
Anar Mirzəyev (94)
İstifadəçi növü İstifadəçi

Təsvir

"Azəriqaz" İstehsalat Birliyinin əsas hədəflərindən biri də abonent məmnuniyyətinin təmin olunmasıdır. Bu sahədə təkcə qaz təchizatının normal rejimlərdə həyata keçirilməsi deyil, digər mühüm məqamlara da diqqət ayrılır.

"Azəriqaz"dan bildirilib ki, abonentlərin rahatlığı üçün bir sıra təşəbbüslər göstərilir. Növbəti belə təşəbbüs isə Birliyin baş direktoru Ruslan Əliyevin sosial şəbəkə üzərindən abonentlərlə birbaşa bağlantısının yaradılmasıdır.

Qeyd edək ki, baş direktorun "Azəriqaz" İstehsalat Birliyinin feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımı yanvarın 22-də saat 14:00-da planlaşdırılır.

Bu görüşlərin hər həftənin cümə günü təşkil olunması nəzərdə tutulur.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 60
Baxılıb: 95
Əlavə edilib: 22-01-2021
Redaktə edilib: 22-01-2021
Bitmə tarixi: 21-02-2023
Kateqoriyalar: Cəmiyyət