SOCAR-da kütləvi ixtisarlarla bağlı – Rəsmi açıqlama

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

SOCAR-da kütləvi ixtisarlarla bağlı – Rəsmi açıqlama

SOCAR-da kütləvi ixtisarlar başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilir ki, 5 minə qədər işçinin işdən azad edilməsi gözlənilir. Eləcə də SOCAR-ın Kompleks

Qazma İşləri Trestində çalışan 630 yaxın işçinin ixtisar ediləcəyi iddia edilib.

Məsələyə münasibət bildirən SOCAR-ın mətbut xidmətinin rəhbəri İbrahim Əhmədov deyib ki, keçən il neft sənayesində ağır il oldu, bir çox neft şirkəti işçi ixtisarlarına başladı, amma SOCAR bunu etmədi:

“Optimallaşma aparıldığına görə bir çox istiqamətlər üzrə işçi qüvvəsinə tələbat aşağı düşüb. Bizdə birinci rübdə qazma işləri təxminən 3-4 dəfə azalıb. Bu sahələrdə işçiyə tələbat azaldığı üçün bəzi işçilər fəaliyyətsiz qalıb. Buna baxmayaraq, şirkət onları gəlirsiz qoymayıb. Test üsulu ilə ən çox bal toplayan işçilər saxlanılıb, digərləri ilə də şirkət əlaqə saxlayır. Fəaliyətsiz qalan işçilər maaşın 50 faizini ala bilirlər”.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 2336
Baxılıb: 58
Əlavə edilib:
Redaktə edilib: 16-05-2021
Bitmə tarixi: 16-05-2022
Kateqoriyalar: Cəmiyyət