“Hərbi Qənimətlər Parkı”nda təşkil olunan sərgini ziyarət qaydaları

MəlumatlarBəyənilmişlərə əlavə edin
İstifadəçi
KİV - DDD.AZ (2140)
Şirkətin adı DDD.AZ
Mobil nömrə +9..........göstər
Haqqında DDD.AZ - Azərbaycanın Milli portalı Azərbaycanda yeni XƏBƏRLƏR, MƏQALƏLƏR, MƏLUMATLAR, QEYDLƏR, SUALLAR VƏ CAVABLAR portalı
Vebsayt https://ddd.az

Təsvir

1. Ümumi müddəalar
1.1. “Hərbi Qənimətlər Parkı” Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinədək aparılan 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismini sərgi məqsədi ilə ziyarətçilərə təqdim edir.

1.2. “Hərbi Qənimətlər Parkı”nda təşkil olunan sərgini ziyarət Qaydaları” (bundan sonra - Qaydalar) Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır.

1.3. Bu Qaydalar “Hərbi Qənimətlər Parkı”nda (bundan sonra - Park) təşkil olunan sərgini ziyarət etmək ilə bağlı məsələləri tənzimləyir.

2. Ziyarətçinin öhdəlikləri
2.1. Ziyarətçilər Park ərazisində müvafiq dayanacaq və iaşə obyektlərindən istifadə etməyə, informasiya mərkəzlərindən məlumat almağa, təhlükəsizlik baxımından Parkın işçilərinin (nəzarətçi və bələdçilərin), istiqamətləndirici nişan və texnoloji xəritələrin göstərişlərinə əməl etməyə borcludurlar. Ziyarətçilər Park ərazisində yerləşən hərbi texnikaların mühafizə rejiminə əməl etməli və eksponatın mövcud vəziyyətinin zədələnməsinə yol verməməlidir.

2.2. Ziyarətçi üçün aşağıdakılar qadağandır:

2.2.1. yüksək səslə danışmaq və ya qışqırmaq;

2.2.2. qadağan olunmuş yerlərdə siqaret çəkmək;

2.2.3. icazə verilmədiyi halda eksponatların üzərinə çıxmaq, ərazi üzrə qaçmaq, eksponatlara toxunmaq;

2.2.4. təyin olunmuş marşrutlardan kənara çıxmaq;

2.2.5. ziyarətlər, eləcə də Park ərazisində keçirilən ictimai-kütləvi tədbirlər zamanı eksponatların qarşısındakı marşrut yolları üzərində sərbəst keçidi məhdudlaşdıran süni maneələrin tətbiqinə yol vermək;

2.2.6. sərgidəki hərəkət marşrutu üzrə siqaret kötükləri, sellofan və digər hər hansı tullantılar atmaq;

2.2.7. digər ziyarətçilərin görmələrinə mane olacaq dərəcədə yaxınlaşmaq;

2.2.8. alkoqollu içkilər, narkotik, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə əraziyə daxil olmaq;

2.2.9. nümayiş olunan eksponatlara hər hansı ziyan vurmaq və ya hər hansı formada zərər yetirmək;

2.2.10. Parkın sərgi məkanında hər hansı əşyaları saxlamaq;

2.3. ziyarətçilərin video və fotoçəkilişin qadağan edilməsi barədə xüsusi işarələrin əks olunduğu yerlər istisna olmaqla, Park ərazisində mobil telefondan istifadə etməklə həvəskar foto və videoçəkilişlər aparmasına, müşahidəedici və səsyazma vasitələrindən istifadə etməsinə icazə verilə bilər.

3. Məsuliyyət
3.1. Park ziyarətçini əvvəlcədən məlumatlandırmadan istənilən vaxt rəsmi internet səhifəsinin fəaliyyətini dayandırmaq hüququna malikdir. Park ziyarətçinin rəsmi internet səhifəsindən istifadə edilməsi və ya istifadə edilməsinin qeyri-mümkünlüyü səbəbindən birbaşa və ya dolayı yolla ona vurulmuş ziyana görə məsuliyyət daşımır.

3.2. Park ərazisində, habelə inzibati binada və ətraf ərazidə nəzarətsiz buraxılmış əşyaların itirilməsinə görə məsuliyyət daşımır.

3.3. Ziyarətçilər Parkın bu qaydalarının tələblərinə əməl etməməsinə, eləcə də ziyarətlərdə iştirakla bağlı saxta biletin təqdim edilməsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

3.4. Ziyarətçinin təqsiri üzündən Parka vurulmuş maddi ziyan Azərbaycan Respublikasının mülki qanunvericiliyində başqa hal nəzərdə tutulmayıbsa, onlar tərəfindən tam həcmdə ödənilməlidir.

Parkın iş rejimi aşağıdaki kimidir:
- çərşənbə axşamı – bazar: saat 10:00 – 19:00;
- kassanın iş vaxtı: saat 10:00 – 18:00;
- bazar ertəsi: istirahat günü.

 


Hərbi qənimətlər parkı ünvan - Herbi qenimetler parki unvan


Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1922
Baxılıb: 364
Əlavə edilib: 19-04-2021
Redaktə edilib: 19-04-2021
Bitmə tarixi: 19-04-2022
Kateqoriyalar: Hərbi