Hərbi Qənimətlər Parkı - Herbi Qenimetler Parki

MəlumatlarBəyənilmişlərə əlavə edin
İstifadəçi

Hərbi Qənimətlər Parkı - Herbi Qenimetler Parki

Hərbi qənimətlər parkı ünvan - Herbi qenimetler parki unvan:

Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1025, Xətai rayonu, Alfred Nobel küçəsi, 15

“Hərbi Qənimətlər Parkı” Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədini daşıyır.


Zirehli texnika - 39 nasaz, 18 saz

Artilleriya silahları - 19 nasaz, 11 saz

Avtomobil texnikası - 38 nasaz, 11 saz

Qoşqular - 0 nasaz, 2 saz

Silah-sursat eksponatlar sərgisi 1 - 0 nasaz, 15 saz

Silah-sursat eksponatlar sərgisi 2 - 0 nasaz, 27 saz


Parkın ərazisində hərbi çadır altında qurulan “Kinozal” otağında Vətən müharibəsinə aid videoçarxlar və qısametrajlı filmləri izləyə bilərsiniz.

Parkın iş rejimi aşağıdaki kimidir:
- çərşənbə axşamı – bazar: saat 10:00 – 19:00;
- kassanın iş vaxtı: saat 10:00 – 18:00;
- bazar ertəsi: istirahat günü.


Haqq-ədalət, Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

Aid olduğu ölkə

Azərbaycan

Video

Məlumatlar

Məlumat ID-si: 1820
Baxılıb: 1965
Əlavə edilib:
Redaktə edilib: 15-04-2021
Bitmə tarixi: 15-04-2022
Kateqoriyalar: Hərbi