Hərbi Qənimətlər Parkı - Pavilyonlar - Düşmənin müdafiə səddi

QeydlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Hərbi Qənimətlər Parkı - Pavilyonlar - Düşmənin müdafiə səddi

Parkın ərazisində xüsusi yaradılmış pavilyonda bunker, müdafiə mövqeyinin ibarət olduğu bütün otaqlar, atəş nöqtələri, saxlanclar, tunellər, səddlər və səngərlərlə tanış ola bilərsiniz.

Düşmənin müdafiə səddi

1 – ci sədd: Tank əleyhinə xəndək - 5 metr enində 3-4 metr dərinlikdə qazılaraq, hücum edən bölmələrin avtomobil və zirehli texnikalarının keçə bilməməsi üçün hazırlanır. Xəndəyi qazarkən torpağı öz tərəfinə tökür ki, hücum edən bölmələr xəndəyi asanlıqla doldura bilməsin.

2 – ci sədd: Tank əleyhinə mina sahəsi - avtomobil və zirehli texnikaları məhv etmək və hərəkətini əngəlləmək məqsədilə qurulur. Mina sahəsi 2-3 cərgəli qurulur, minalar arası məsafə 4-5.5 metr, cərgələr arası məsafə isə 5 metrdir.

3 – cü sədd: Tank əleyhinə dirəklər müxtəlif materiallardan hazırlanır, texnikaların hərəkət sürətini məhdudlaşdırır.

4 – cü sədd: Metal kirpilər texnikaların hərəkət edə biləcəyi ərazilərdə hazırlanır, texnikaların hərəkət qabiliyyətini zəiflədir və əngəlləyir.

5 – ci sədd: Alçaq dirəklər üzərində tikanlı məftildən hazırlanmış tor (maneə). 3 metr enində qurulur, canlı qüvvənin keçə bilməməsi üçün tətbiq olunur.

6 – cı sədd: Hündür dirəklər üzərində tikanlı məftildən hazırlanmış tor (maneə).1-1.5 metr hündürlükdə, dirəklərdə qurulur. Şəxsi heyətin və texnikanın keçə bilməməsi üçün əngəl yaradır, keçə bilmə qabiliyyətini azaldır.

7-ci sədd: Piyada əleyhinə mina sahəsi. 3 və daha çox cərgələrdə qurulur. Canlı qüvvəyə tələfat vermək məqsədilə tətbiq olunur.

8 – ci sədd: Az nəzərəçarpan məftil maneə. Canlı qüvvənin hərəkətini əngəlləmək məqsədilə istifadə olunur.

9 – cu sədd: Lent tipli tikanlı məftil (spiral məftil) maneə. 2-3 cərgəli qurulur. Şəxsi heyətin hərəkətini əngəlləyir.

10 – cu sədd: Səngər üzərində qurulmuş lent tipli məftil maneə.

 

Sədlər:

Füzulidə 9 sədd

Ağdamda 6 sədd

Cəbrayılda 9 sədd

Goranboyda 3 sədd

Tərtərdə 6 sədd quraşdırılmışdır.

 

Pavilyonunda ziyarətçilərin qarşılaşacağı otaqlar və atəş nöqtələrinin siyahısı:

1. Ərzaq anbarı

2. Yeməkxana

3. Silah otağı

4. Tağım komandiri

5. Əsgər yataqxanası

6. Sanitar qovşaq

7. Döyüş postu: əsas qapı

8. Döyüş mövqeyi ilə əlaqə tuneli

9. Artilleriya atəşindən və aviasiya zərbələrindən qorunmaq üçün zavod üsulu ilə hazırlanmış üstüörtülü sığınacaq – tülkü yuvası

10. Döyüş postu: ehtiyat qapı

11. Döyüş mövqeyi ilə əlaqə tuneli

12. Odun və yanacaq ehtiyatının saxlanıldığı yer

13. Tağım komandirinin müşahidə məntəqəsi

14. 125 mm-lik səhra topu (ermənilər tərəfindən kustar üsulla tankın lüləsindən hazırlanan top qurğusu)

15. Qrunt sularının xaric edilməsi üçün quyu

16. Qrunt sularının xaric edilməsi üçün quyu

17. Mövqenin dairəvi müdafiəsinin təşkili üçün uzunmüddətli atəş nöqtəsi

18. Atıcı əsgərin səngəri

19. Ehtiyat döyüş sursatının və müşahidə cihazının saxlanılması üçün yuvacıq

20. Uzunmüddətli atəş nöqtəsi

21. Atıcı əsgərin səngəri

22. Ehtiyat döyüş sursatının və müşahidə cihazının saxlanılması üçün yuvacıq

23. Artilleriya atəşindən və aviasiya zərbələrindən qorunmaq üçün üstüörtülü sığınacaq

24. Atıcı əsgərin səngəri

25. Ehtiyat döyüş sursatının və müşahidə cihazının saxlanılması üçün yuvacıq

26. Qumbaraatan əsgərin səngəri

27. Atıcı əsgərin səngəri. Artilleriya atəşindən və aviasiya zərbələrindən qorunmaq üçün hazırlanmış sığınacaq - tülkü yuvası

28. Artilleriya atəşindən və aviasiya zərbələrindən qorunmaq üçün hazırlanmış sığınacaq - tülkü yuvası

29. Pulemyotçu əsgərin səngəri

30. Atıcı əsgərin səngəri

31. Ehtiyat döyüş sursatının və müşahidə cihazının saxlanılması üçün yuvacıq

32. Uzunmüddətli atəş nöqtəsi (qənimət götürülüb)

33. Atıcı əsgərin səngəri

34. Ehtiyat döyüş sursatının və müşahidə cihazının saxlanılması üçün yuvacıq

35. Atıcı əsgərin səngəri

36. Ehtiyat döyüş sursatının və müşahidə cihazının saxlanılması üçün yuvacıq

37. Döyüş sahəsini müşahidə altında saxlamaq üçün təhlükəsizlik kamerası

38. Döyüş sahəsini müşahidə altında saxlamaq üçün təhlükəsizlik kamerası

39. Döyüş postunun elektrik enerjisi ilə təmin olunması üçün günəş paneli

40. Rels üzərində üstüörtülü sığınacaqda hazırlanmış minaatanın atəş mövqeyi

41. AKM – 7.62 mm-lik avtomat

42. AKM – 7.62 mm-lik avtomat

43. NSVP – 12.7 mm-lik iriçaplı pulemyot

44. 9P135M – tank əleyhinə raket kompleksinin buraxma qurğusu


Parkın iş rejimi aşağıdaki kimidir:
- çərşənbə axşamı – bazar: saat 10:00 – 19:00;
- kassanın iş vaxtı: saat 10:00 – 18:00;
- bazar ertəsi: istirahat günü.

 


Hərbi qənimətlər parkı ünvan - Herbi qenimetler parki unvan


Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1923
Baxılıb: 165
Əlavə edilib:
Redaktə edilib: 19-04-2021
Bitmə tarixi: 19-04-2022
Kateqoriyalar: Hərbi