Bakıda körpünün üzərində 11 avtomobil toqquşub, xəsarət alanlar var

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi
Anar Mirzəyev (94)
İstifadəçi növü İstifadəçi

Təsvir

Bakının Xəzər rayonunda yolun buz bağlaması yol qəzasına səbəb olub.

APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsindən şəhərin mərkəzi istiqamətində olan körpünün üzərində baş verib.

Əvvəlcə yolun buz bağlaması "VAZ 2107" markalı avtomobil sürücüsünün sükana nəzarətini itirməsinə səbəb olub. Avtomobil arakəsməyə çırpılaraq iki yerə bölünüb. Daha sonra yolun sürüşkən olması 10 avtomobilin toqquşması ilə nəticələnib. Qeydə alınan qəza zamanı ümumilikdə 8 nəfər xəsarət alıb.

Əraziyə-hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib. Hazırda körpünün üzərində hərəkət məhdudlaşdırılıb. AAYDA-nın xüsusi texnikası vasitəsilə yola qum və duz səpilir.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 52
Baxılıb: 103
Əlavə edilib: 22-01-2021
Redaktə edilib: 22-01-2021
Bitmə tarixi: 21-02-2023
Kateqoriyalar: Hadisə