Danimarka Bakıda yarımfinala yüksəldi – AVRO-2020-də

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Danimarka Bakıda yarımfinala yüksəldi – AVRO-2020-də

AVRO-2020-də 1/4 final mərhələsinin ikinci oyun gününə start verilib. Apasport.az saytının məlumatına görə, üçüncü yarımfinalçı Çexiya və Danimarka arasında müəyyənləşib. Bu görüş Bakı Olimpiya Stadionunda keçirilib. Qrup mərhələsində üç qarşılaşmaya ev sahibliyi edən arenada turnir çərçivəsində son matç baş tutub. Qarşılaşma erkən qolla başlayıb. Tomas Delayni artıq 5-ci dəqiqədə danimarkalıları hesabda önə çıxarıb. Fasilə ərəfəsində fərq iki topa çatıb. Bu dəfə Kasper Dolberq fərqlənib. İkinci hissəyə çexiyalılar daha fəal başlayıb.

Fasilədən az sonra Patrik Şik çempionatdakı 5-ci qolu ilə azarkeşlərini ümidləndirib. Lakin çexiyalılar matçı xilas edə bilməyərək turnirlə vidalaşıb. Yarışa iki məğlubiyyətlə başlayan Danimarka isə yarımfinala yüksəlib.

Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün keçiriləcək İngiltərə - Ukrayna matçı ilə yekun vurulacaq.

AVRO-2020 1/4 final 3 iyul 20:00.

Çexiya – Danimarka - 1:2

Qollar: Patrik Şik, 49 - Tomas Delayni, 5, Kasper Dolberq, 42

Baş hakim: Byörn Kuypers (Niderland) Bakı Olimpiya Stadionu

Xəbərlər:

Xüsusi məlumat

Xəbər ünvanı (URL) apasport.az/az/news/166592

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 2353
Baxılıb: 248
Əlavə edilib:
Redaktə edilib: 04-07-2021
Bitmə tarixi: 04-07-2022
Kateqoriyalar: İdman