Milli Gimnastika Arenasında gimnastlar üçün ən yaxşı şərait yaradılıb

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Milli Gimnastika Arenasında gimnastlar üçün ən yaxşı şərait yaradılıb

Milli Gimnastika Arenasında gimnastlar üçün dünyada ən yaxşı şərait yaradılıb.

Bunu Trend-ə Misir qrup komandasının məşqçisi, azərbaycanlı məşqçi Jalə Qaratova deyib.

O bildirib ki, Misirdə bu cür şərait, həkim heyəti yoxdur:

"Mənim idmançılarım Arenadan heyrətə gəliblər, onlar ilk dəfədir ki, bu cür böyük zal görürlər. Dünya Kubokunda çıxışlara gəlsək, mən qızların çıxışlarından razı qaldım. İlk çıxışları üçün onlar yaxşı nəticə göstərdilər".

J.Qaratova əlavə edib ki, Misirdə məşçi olana qədər, orada idmançılar məşqlərə az vaxt ayırırdılar:

"Mən onların cədvəlini tamamilə dəyişdim. Onlar üçün Azərbaycandakı kimi proqram tərtib etdim. İlk vaxtlarda onlar üçün çətin idi, bu cür ritmə uyğunlaşa bilmirdlər. Amma indi yeni rejimə öyrəşirlər. Bakıdakı Dünya Kubokuna Misir komandası beş gün əvvəl gəlmişdi. Bu, qızların hazırlığına müsbət təsir göstərdi və onlar çıxışlar zamanı daha rahat idi".

Xəbərlər:

Xüsusi məlumat

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 2330
Baxılıb: 63
Əlavə edilib:
Redaktə edilib: 09-05-2021
Bitmə tarixi: 09-05-2022
Kateqoriyalar: İdman