Bədənin əzələ kütləsini artırmağın 5 təbii yolu

MəqalələrBəyənilmişlərə əlavə edin
İstifadəçi
KİV - DDD.AZ (561)
Şirkətin adı DDD.AZ
Mobil nömrə +9..........göstər
Haqqında DDD.AZ - Azərbaycanın Milli portalı Azərbaycanda yeni XƏBƏRLƏR, MƏQALƏLƏR, MƏLUMATLAR, QEYDLƏR, SUALLAR VƏ CAVABLAR portalı
Vebsayt https://ddd.az

Təsvir

Əzələ kütlənizi təbii şəkildə artırmaq istəyirsinizsə, məşqlər arasında istirahət etməlisiniz. Bu istirahət dövrü idman qədər vacibdir. Əzələnin inkişafına bu müddət ərzində vaxt verəcəksən.

Güclü və formalı bir bədənə sahib olmaq istəyən insanların ilk hədəfi əzələ kütlələrini artırmaqdır. Bədənin əzələ kütləsini artırmaq üçün təbii yolları bilirsiniz ?

Əzələ kütləsi əzələ toxumalarının həcmi ilə əlaqədardır. Başqa sözlə, əzələ kütləsi daha güclü və fiziki cəhətdən möhkəm olmağınıza kömək edən yağsız kütlədir.

Bununla birlikdə, bədənin əzələ kütləsini artırmaq hec asan deyildir. Çünki həm qidalanmağınıza diqqət etməli, həm də müntəzəm idman ilə məşğul olmalısınız.

Bu uzunmüddətli bir hədəfdir. Nəticələr insanın həyat tərzindən asılı olaraq dəyişə bilər. Bir çox insan bədənin əzələ kütləsini artırmaq istədiyi üçün bugünkü məqalədə buna təhlükəsiz və təbii bir şəkildə nail olmanıza kömək edə biləcək 5 vərdişdən bəhs edəcəyik.

Bədəninizin əzələ kütləsini artırmağın təbii yolları

1.Gündəlik bir məşq proqramını hazırlayın

Əsas hədəfiniz bədənin əzələ kütləsini artırmaqdırsa, buna nail olmağın yeganə yolu gərgin məşqlərdən ibarət gündəlik bir fitness proqramı həyata keçirməkdir.

Bu növ məşqlər əzələ liflərində xırda parçalanmalara səbəb olur. Nəticədə bədən əzələləri bərpa edir, əzələlər daha böyül və güclü olur.

Əlbətdə ki, bu prosesin düzgün işləməsi üçün, məşqlərə yüksək keyfiyyətli qidalardan ibarət balanslı qidalanma proqramı əlavə eləməlisiniz.

Məsləhətlər:

Əvvəlcə mümkün qədər çox yağ itirməyinizə kömək edəcək məşq edin.

Əzələ böyüməsinin tədricən baş verdiyini unutmayın. Buna görə əvvəlcə yağ itkisinə diqqət yetirməlisiniz.

Sonra, bədəninizdəki hər əzələ qrupuna işləyəcək güclü məşq hazırlayın.

Əzələlərin çox yorulması zədələnməyə səbəb ola biləcəyi üçün istifadə etdiyiniz alətlərin çəkisini tədricən artırın.

2.Gündə 5-6 dəfə sağlam yemək yeyin

kalori

Yeməklərinizi 5 və ya 6 hissəyə bölmək əzələ kütləsini artırmağa və qorumağa kömək edə biləcək vərdişlərdən biridir.

Yeməklərin tezliyi sayəsində metabolik fəaliyyətinizi sürətləndirirsiniz. Bu, vücudunuzun artıq yağ yığma ehtimalını azaldır.

Bundan əlavə, gün ərzində müxtəlif qida qrupları yemək enerjinizi artırır. Bu, məşq zamanı fiziki performansınızı artırmağa kömək edir.

Gündə 3 əsas böyük yemək əvəzinə , 5-6 dəfə balaca hissələrdən ibarət qidalanın.

Sağlam qidalar yeməyinizə, kalori və yağ qəbulunuza nəzarət etdiyinizə əmin olun.

3.Zülal (Protein)  və karbohidrat istehlakınızı artırın

sağlam qida

Yüksək keyfiyyətli zülallar və karbohidratlar bədəndəki əzələlərin güclənməsinə və əzələ kütləsinin artmasına kömək edir. Bu vacib qidalar vücudunuza enerji verir və idman edərkən əzələ bərpasını artırmaq üçün idealdır.

Məsləhətlər:

Sağlam zülal mənşəli qidalar yeyin. Lobya, tərəvəz, çərəzlər, yağsız balıq, dəniz məhsulları, ağ ət, yumurta.

4.Daha çox su için

Su bədəni təşkil edən ən vacib komponentlərdən biridir. Bu səbəbdən əzələ liflərini və toxumalarını sağlam vəziyyətdə saxlamaq üçün kifayət qədər su içmək vacibdir. Bu həyati maye digər vacib qida maddələrinin sintezinə kömək edir. Həm də əzələlərə oksigen verir ki, onlar heç bir gərginlik olmadan işləsinlər.

Susuz bir bədən əzələ kütləsini itirə bilər, yorgun olur və fiziki performansı məhdudlaşdıra bilər.

Məsləhətlər:

Gündə 6-8 stəkan su için. İdman zamanı və sonra daha çox su içdiyinizə əmin olun.

5.Yuxunuza diqqət edin

Saglam yuxu - idman

Keyfiyyətli bir yuxu, bədənin əzələ kütləsini artırmaq üçün edə biləcəyiniz ən zəmanətli metodlardan biridir. Bu istirahət dövründə əzələlər özlərini bərpa edir və böyümə hormonunun sərbəst buraxılmasına kömək edən zülal sintezi istehsal edirlər. Buna görə gecə 7 ilə 8 saat arasında fasiləsiz yatmaq çox vacibdir.

Yatmadan əvvəl elektron cihazlardan istifadə etməyin və diqqətinizi yayındıracaq bir şey etməyin.

Otağınızda rahat bir atmosfer yaratdığınızdan əmin olun.

Yuxuda çətinlik çəkirsinizsə, rahatlaşdırıcı bir çaydan istifadə edin və ya aromaterapiya seansı keçirin.

Unutmayın ki, ən yaxşı nəticələr əldə etmək üçün uzun müddət ərzində qeyd etdiyimiz bütün metodlara riayət etməlisiniz.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 42
Baxılıb: 158
Əlavə edilib: 22-01-2021
Redaktə edilib: 22-01-2021
Bitmə tarixi: 21-02-2023
Kateqoriyalar: İdman