Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra ölüb

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi
KİV - DDD.AZ (2140)
Şirkətin adı DDD.AZ
Mobil nömrə +9..........göstər
Haqqında DDD.AZ - Azərbaycanın Milli portalı Azərbaycanda yeni XƏBƏRLƏR, MƏQALƏLƏR, MƏLUMATLAR, QEYDLƏR, SUALLAR VƏ CAVABLAR portalı
Vebsayt https://ddd.az

Təsvir

Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra ölüb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, Lerik rayon Hücü kənd sakini, 1993-cü il təvəllüdlü Fəridə İlyas qızı Yaqubzadə mayın 25-də səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Axşam saatlarında qeysəriyyə əməliyyatı olunub və qız övladı dünyaya gətirib.

Bir müddət sonra xəstənin vəziyyətində ağırlaşma, nəfəs darlığı yaranıb və F.Yaqubzadə yenidən əməliyyat edilib. Mayın 26-sı səhər saatlarında isə qadın dünyasını dəyişib.

F.Yaqubzadənin yaxınları qadının həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edirlər.

Qeyd edək ki, F.Yaqubzadənin yeni doğulan körpədən başqa 5 və 4 yaşlarında oğlu və qızı var. O, ikinci övladını da qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 2342
Baxılıb: 239
Əlavə edilib: 26-05-2021
Redaktə edilib: 26-05-2021
Bitmə tarixi: 26-05-2022
Kateqoriyalar: Kriminal