Mədəniyyət evi bəstəkar Qara Qarayevə həsr olunan videoçarx hazırlayıb

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Mədəniyyət evi bəstəkar Qara Qarayevə həsr olunan videoçarx hazırlayıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Kürdəxanı qəsəbə Mədəniyyət evi dahi bəstəkar Qara Qarayevin doğum günü ilə əlaqədar “Musiqi dünyasının əbədiyaşarlıq ünvanı” adlı videoçarx təqdim edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda dahi bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilir.

Bildirilir ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. Onun hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, sənət bayramına çevrilib. Dahi sənətkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. “Yeddi gözəl", “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunub. Bəstəkarın “Birinci simfoniya”sı Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur.

"Don Kixot” simfonik qravürləri, "Leyli və Məcnun" (N.Gəncəvinin poeması əsasında), “Vyetnam süitası" əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və sair filmlərə, bir sıra teatr tamaşalarına musiqi yazıb.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 241
Baxılıb: 64
Əlavə edilib:
Redaktə edilib: 07-02-2021
Bitmə tarixi: 07-02-2022
Kateqoriyalar: Mədəniyyət