Əlilliyə görə pensiyalarda artım gözlənilir

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi
Murad (4)
Şirkətin adı herema
Yeni axtarışda iş elanları tapdim və müraciyət etmək vacibdi.
Mobil nömrə +9..........göstər

Təsvir

Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlara keçid pensiya və müavinətlərin diferensial qaydada artırılmasına imkan verəcək.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilən dəyişikliyin vətəndaşlara verəcəyi üstünlükləri şərh edərkən deyib.

M.Quliyev bildirib ki, 2022-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulan yeni qaydalardan sonra “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlara dəyişikliklər olacaq və bu dəyişiklikdən sonra diferensiallaşmış qaydada, yəni əlillik faizinə uyğun olaraq hər bir vətəndaşımızın pensiya və müavinətinin artırılması imkanı yaranacaq.

Yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

İndiki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər artırılır. Yəni artıq 150-160 yox, 800-ə yaxın xəstəlik üzrə əlillik faizi almaq mümkün olacaq.

Xəbərlər:

Xüsusi məlumat

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 2356
Baxılıb: 427
Əlavə edilib: 06-07-2021
Redaktə edilib: 06-07-2021
Bitmə tarixi: 06-07-2022
Kateqoriyalar: Ölkə xəbərləri