Qadına qarşı zorakılıq edən polis işdən çıxarılıb - RƏSMİ

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi
KİV - DDD.AZ (2106)
Şirkətin adı DDD.AZ
Mobil nömrə +9..........göstər
Haqqında DDD.AZ - Azərbaycanın Milli portalı Azərbaycanda yeni XƏBƏRLƏR, MƏQALƏLƏR, MƏLUMATLAR, QEYDLƏR, SUALLAR VƏ CAVABLAR portalı
Vebsayt https://ddd.az

Təsvir

Sosial şəbəkələrdə yayılan görüntülər nazirlikdə hərtərəfli və operativ araşdırılıb

Bakıda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı tutduğu vəzifəsindən azad edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan görüntülər nazirlikdə hərtərəfli və operativ araşdırılıb: "Yekunda fakt təsdiqini tapıb. Qapalı məkanda tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxsin Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu olduğu müəyyən edilib. Camal Qubadov polis adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə tutduğu vəzifədən azad edilib".

Qeyd edək ki, sosial şəbəkələrdə polis əməkdaşının bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri etməsinə dair görüntülər yayılıb.

Xəbərlər:

Xüsusi məlumat

Xəbər ünvanı (URL) https://ayna.az/news/24809

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 522
Baxılıb: 139
Əlavə edilib: 17-02-2021
Redaktə edilib: 17-02-2021
Bitmə tarixi: 17-02-2022