Rusiya Azərbaycana peyvənd göndərir

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi
KİV - DDD.AZ (2106)
Şirkətin adı DDD.AZ
Mobil nömrə +9..........göstər
Haqqında DDD.AZ - Azərbaycanın Milli portalı Azərbaycanda yeni XƏBƏRLƏR, MƏQALƏLƏR, MƏLUMATLAR, QEYDLƏR, SUALLAR VƏ CAVABLAR portalı
Vebsayt https://ddd.az

Təsvir

Rusiyanın Sankt-Peterburq şəhərində Milli Məclisinin sədri Sahibə Qafarova ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko arasında görüş keçirilib.

Pravda.az-ın xəbərinə görə, görüş MDB Parlamentlərarası Assambleyasının (PA) yaz sessiyası çərçivəsində baş tutub.

V. Matviyenko bildirib ki, yaxın vaxtlarda COVID-19 əleyhinə 100 min dozadan çox “Sputnik V” peyvəndi Bakıya göndəriləcək.

O, koronavirusa qarşı Rusiya peyvəndinin Azərbaycanda istehsalı məsələsinə baxıldığını da qeyd edib.

“Bilirəm ki, aprel-may aylarında 100 min dozadan çox “Sputnik V” peyvəndinin göndərilməsi ilə bağlı razılıq əldə olunub. Yaxşı anlayırıq ki, pandemiyanı saxlamağın real yolu kütləvi vaksinasiyadır. Təkcə vaksin göndərməyə hazır deyilik, həm də bildiyim qədər Azərbaycanda vaksinin istehsalı məsələsinə də baxılır”, - deyə V. Matviyenko vurğulayıb.

Xəbərlər:

Xüsusi məlumat

Xəbər ünvanı (URL) https://pravda.az/news/43719

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1874
Baxılıb: 72
Əlavə edilib: 16-04-2021
Redaktə edilib: 16-04-2021
Bitmə tarixi: 16-04-2022
Kateqoriyalar: Pandemiya