Qat-Qat peçenye. Asan resept

MəlumatlarBəyənilmişlərə əlavə edin
İstifadəçi
KİV - DDD.AZ (2140)
Şirkətin adı DDD.AZ
Mobil nömrə +9..........göstər
Haqqında DDD.AZ - Azərbaycanın Milli portalı Azərbaycanda yeni XƏBƏRLƏR, MƏQALƏLƏR, MƏLUMATLAR, QEYDLƏR, SUALLAR VƏ CAVABLAR portalı
Vebsayt https://ddd.az

Təsvir

Bu peçenye həm ucuz başa gəlir, həm də çox asan hazırlanır. Evdar.az uşaqların da çox sevəcəyi “Pavlovskoye” peçenyesinin reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

- 2,5 stəkan + 2 xörək qaşığı un

- 50 ml su

- 0,5 çay qaşığı şəkər tozu

- 1 paket quru maya (10 qr)

- 250 qr kərə yağı

Üzəri üçün :

1 stəkan şəkər tozu

Hazırlanma qaydası:

1. İlk öncə 50 ml ilıq suya 10 qr maya, yarım çay qaşığı şəkər tozu və 2 xörək qaşığı un əlavə edib 40 dəqiqəlik isti yerə qoyun.

2. Dərin bir qabda mayalanmış qarışığın üzərinə əridilmiş kərə yağını əlavə edib qarışdırın.

3. Daha sonra 2,5 stəkan un əlavə edib xəmir yoğurun.

4. Xəmiri 1 saatlıq soyuducuya yerləşdirin.

5. Soyuducudan götürdüyünüz xəmiri dəzgahın düzbucaqlı şəkildə yayın, yarısına şəkər tozu səpib xəmiri qatlayın. Yenə əvvəlki ölçüyə qədər yayın.

6. 3 dəfə təkrar edib şəkər tozu səpərək qat-qat xəmir əldə edib yayın.

7. Kvadrat şəklində kəsib hər birini şəkər tozuna bulayıb yağlı kağız sərilmiş soba sinisinə düzün.

8. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Nuş Olsun!

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1755
Baxılıb: 214
Əlavə edilib: 10-04-2021
Redaktə edilib: 10-04-2021
Bitmə tarixi: 10-04-2022
Kateqoriyalar: Reseptlər