Ceyhun Bayramov və Fransanın xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı olub
Bəyənilmişlərə əlavə edin
İstifadəçi

Anar Mirzəyev (94)
İstifadəçi növü
İstifadəçi
Təsvir
Bu ilin 21 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.
XİN-in Mətbuat Xidməti idarəsindən APA-ya verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib və bu sahədə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Xəbərlər:
Aid olduğu ölkə
Azərbaycan
Məlumatlar
Məlumat ID-si:
47
Baxılıb:
106
Əlavə edilib:
22-01-2021
Redaktə edilib:
22-01-2021
Bitmə tarixi:
21-02-2023
Kateqoriyalar:
Siyasət