Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi
Anar Mirzəyev (94)
İstifadəçi növü İstifadəçi

Təsvir

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını məmnuniyyətlə qarşılayırıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında əksini tapıb.

Açıqlama belə davam edir: "Bu anlaşmanın iki ölkənin dostluğunu gücləndirməsini, dost və qardaş Azərbaycan və Türkmənistan xalqlarına xeyirli olmasını və bölgənin rifahı və sabitliyinə güc gətirməsini istəyirik. Bu anlaşmanın Türkiyə ilə Avropanın qalan hissələrinin enerji təhlükəsizliyini artıracaq layihələrin də önünü açmasını arzu edirik"

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 45
Baxılıb: 87
Əlavə edilib: 22-01-2021
Redaktə edilib: 22-01-2021
Bitmə tarixi: 21-02-2023
Kateqoriyalar: Siyasət