İrəvan-Moskva reysinin qiyməti 1050 dollara qalxdı

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi
KİV - DDD.AZ (2140)
Şirkətin adı DDD.AZ
Mobil nömrə +9..........göstər
Haqqında DDD.AZ - Azərbaycanın Milli portalı Azərbaycanda yeni XƏBƏRLƏR, MƏQALƏLƏR, MƏLUMATLAR, QEYDLƏR, SUALLAR VƏ CAVABLAR portalı
Vebsayt https://ddd.az

Təsvir

Ermənistan parlamentində yenə ara qarışıb. Qarşılıqlı ittihamlar bir-birini əvəz edir.

“Yəqin sadəlövhcəsinə xəyanətkar-Paşinyan təslim olandan sonra bir gün hərbi əsirlər məsələsini müzakirə etməli olduğumuzu düşünürsünüz?! “Artsax” xalqının yerlərindən qovulan on minlərlə adamlarından biri Vahan Badasyan, daimi yaşayış yeri olmadığı səbəbi ilə həbs olundu. Özünüz Vahan Badasyanı daimi yaşayış yerindən məhrum etsəniz necə ola bilər? ”

KONKRET.az xəbər verir ki, bu sözlərlə “Çiçəklənən Ermənistan” fraksiyasının millət vəkili Naira Zohrabyan parlamentin fövqəladə iclasında Milli Məclisdəki həmkarlarına müraciət edib:

:”Düşündünüzmü ki, zaman gələcək burada azərbaycanlıların istədikləri zaman Sünikdə(Zəngəzurda) necə atəşfəşanlıq etmələrini müzakirə edəcəyik? Ancaq yox, hökumət üçün daha əhəmiyyətli bir gündəm var: müxalifətin həbs olunmasına order verən hakimlərin sayını necə artırmaq olar. Çünki bir çox layiqli hakimlər Paşinyanın şıltaqlıqlarını və vicdansız bir siyasi əmri yerinə yetirməkdən imtina edirlər”.

Zöhrabyan daha sonra parlamentin gündəliyini müzakirə etmək əvəzinə bəzi aviaşirkətlərin İrəvan-Moskva birtərəfli bilet qiymətini 1050 ABŞ dollarına qaldırdıqlarının səbəbini öyrənmək üçün “Zvartnots” hava limanına bir heyət göndərilməsini təklif edib. Və əlavə edib ki, “bizimlə ora getmək istəmirsinizsə, vətənlərini tərk edən insanlardan niyə getdiklərini soruşun?”

Qeyd: Fevralın 1-dən pandemiya səbəbindən Ermənistandan xarici ölkələrə gediş, gəliş qadağası götürülüb. Bu səbəbdən, müharibədən və ölkədəki ağır iqtisadi-siyasi vəziyyətdən qurtulmaq üçün on minlərlə erməni xaricə qaçmağa başlayıb. Ən çox miqrant axını isə Rusiyayadır. Ona görə də Ermənistandakı bəzi şirkətlər sifarişin çox olması səbəbindən qiymətləri bir neçə dəfə qaldırıblar.

Xəbərlər:

Aid olduğu ölkə

Ermənistan, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 190
Baxılıb: 80
Əlavə edilib: 04-02-2021
Redaktə edilib: 04-02-2021
Bitmə tarixi: 04-02-2022
Kateqoriyalar: Cəmiyyət