Ermənistanda məhkəmə Robert Koçaryanın 5 günlük ölkəni tərk etməsinə icazə verib

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi
KİV - DDD.AZ (561)
Şirkətin adı DDD.AZ
Mobil nömrə +9..........göstər
Haqqında DDD.AZ - Azərbaycanın Milli portalı Azərbaycanda yeni XƏBƏRLƏR, MƏQALƏLƏR, MƏLUMATLAR, QEYDLƏR, SUALLAR VƏ CAVABLAR portalı
Vebsayt https://ddd.az

Təsvir

ddd-rss-pm

Ermənistanda məhkəmə sabiq prezident Robert Koçaryanın beş gün müddətinə ölkə xaricinə səfər etməsinə icazə verib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, hakim Anna Danibekyan eks-prezidentin ölkədən çıxışına qoyulan məhdudiyyəti müvəqqəti olaraq götürüb.

Məhkəmənin qərarına əsasən, R. Koçaryan 3-8 fevral tarixlərində Ermənistanı tərk edə bilər.

Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan Xüsusi İstintaq Xidməti 2008-ci il 1 mart tarixindəki etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində sabiq prezident R. Koçaryana konstitusional quruluşunu devirmək ittihamı irəli sürüb. Bu cinayət işi ilə bağlı KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və prezident administrasiyasının keçmiş rəhbəri Armen Gevorgyana da ittihamlar irəli sürülüb.

Xəbərlər:

Aid olduğu ölkə

Ermənistan, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 179
Baxılıb: 152
Əlavə edilib: 02-02-2021
Redaktə edilib: 02-02-2021
Bitmə tarixi: 21-02-2023
Kateqoriyalar: Siyasət