Misirdə 5 min il yaşı olan pivə zavodu tapıldı

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi
KİV - DDD.AZ (561)
Şirkətin adı DDD.AZ
Mobil nömrə +9..........göstər
Haqqında DDD.AZ - Azərbaycanın Milli portalı Azərbaycanda yeni XƏBƏRLƏR, MƏQALƏLƏR, MƏLUMATLAR, QEYDLƏR, SUALLAR VƏ CAVABLAR portalı
Vebsayt https://ddd.az

Təsvir

Misir-Amerika ortaq arxeoloqlar qrupu, Misirin Sohag əyalətində dünyanın ən qədim pivə zavodunun olduğunu kəşf ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Misir Antikalar və Turizm Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında, bildirilir ki, Nyu York Universitetindən professor Matthev Adams və Princeton Universitetindən professor Deborah Vishakın rəhbərlik etdiyi bir arxeoloji qrup, Antik Abydos şəhərinin şimalında bir pivə zavodu tapıb.

Misirin Qədim Abidələr Ali Şurasının baş katibi Mustafa Vəzirinin dediyinə görə, tapılan pivə zavodu, təxminən 5 min il əvvəl hökm sürən Firon Narmer dövrünə aiddir.

Pivə zavodunun 20 metr uzunluğunda və 2,5 metr enində səkkiz böyük hissədən və təxminən 40 gil qabdan ibarət olduğunu vurğulayıblar.

Adamsın sözlərinə görə, fabrik bir dəfəyə təxminən 22,4 litr pivə istehsal edə bilər.

Xəbərlər:

Aid olduğu ölkə

Misir, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 442
Baxılıb: 80
Əlavə edilib: 14-02-2021
Redaktə edilib: 14-02-2021
Bitmə tarixi: 21-02-2023