Kazan terrorçusundan şok açıqlama: Mən – Allaham

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Kazan terrorçusundan şok açıqlama: Mən – Allaham

Kazanda terror törətməkdə şübhəli bilinən 19 yaşlı İlnaz Qalyaviev ilkin ifadəsində şok açıqlamalar verib.

NOCOMMENT.az lent.az-a istinadən xəbər verir ki,o ilkin dindirilmə zamanı özünü 2 ay qabaq Allah hesab etməyə başladığını deyib.

“Hamıya birdən-birə nifrət erməyə başladım. Hər gün nifrətim artmaqda davam edirdi. Mən bu barədə ilk dəfə öz anama dedim. Amma biləsiniz ki, mənim nə anam, nə atam var. Mən onlardan imtina etmişəm”.

Qeyd edək ki, İlnaz Qalyaviev oxuduğu Kazan İdarəetmə Universitetindən kəsirləri olduğu üçün qovulub. Tələbə yoldaşları sakit, heç kimlə münasibət qurmayan biri kimi tanıdıqlarını bildiriblər.

Əlavə edək ki, İ.Qalyaviev mayın 4-dən etibarən “Allah” adında “Telegram” kanalı açıb və bütün bəşəriyyətə müraciət edərək özünü Allah kimi tanımağa çağırıb. İnsanları isə özünün qulu adlandırıb.

Xəbərlər:

Xüsusi məlumat

Aid olduğu ölkə

Rusiya, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 2332
Baxılıb: 45
Əlavə edilib:
Redaktə edilib: 12-05-2021
Bitmə tarixi: 12-05-2022
Kateqoriyalar: Kriminal