Həcc ziyarəti ilə bağlı şok qərar: Keçərli vaksinlər açıqlanıb

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Həcc ziyarəti ilə bağlı şok qərar: Keçərli vaksinlər açıqlanıb

COVİD-19 pandemiyası bu il də Həcc ziyarətinin təşkilinə təsir göstərdi. Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün 9 səhifəlik əsas qaydaları açıqlayıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Səudiyyənin Səhiyyə Nazirliyi iyul ayında baş tutacaq ziyarətə xaricdən 45 min, ölkə daxilindən isə 15 min nəfərin gələ biləcəyini açıqlayıb. Qaydalar arasında ziyarətçilərin vaksin olunması vacibliyi qeyd edilib. Eyni zamanda keçərli vaksinlərin də siyahısı açıqlanıb.

Siyahıda Pfizer, Oxford, Moderna və Johnson&Johnson vaksinlərinin adı qeyd olunub. Maraqlısı isə Çinin istehsal etdiyi Sinovac vaksinin həmin siyahıda yer almamasıdır. .

Sinovac vaksinindən istifadə edən müsəlman ölkələr qəbul olunan qərardan narahatdırlar.

Xəbərlər:

Aid olduğu ölkə

Səudiyyə Ərəbistanı, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 2347
Baxılıb: 265
Əlavə edilib:
Redaktə edilib: 28-05-2021
Bitmə tarixi: 28-05-2022
Kateqoriyalar: Din