Dəstək (Tez-tez verilən suallar)


Biz dünya üzrə baş verən ən yeni xəbərlər, məqalələr, məlumatlar və müxtəlif istifadəçilərin qeydlərini sizinlə bölüşürük. Bizim Milli portalda qeydiyatdan keçmiş istifadəçilər xəbər, məlumat, məqalə, qeyd paylaşaraq özləri və həmçinin digər sayt ziyarətçiləri üçün lazımlı informasiyanı bölüşür. Bununla da özlərinin fəaliyyətini bir növ möhkəmləndirir və digərləri üçün faydalı resurs mənbəyinə çevrilirlər.

DDD.AZ portalı Azərbaycanda və ayrı-ayrılıqda Dünya ölkələrində baş verən xəbərləri, yenilikləri, məqalə, məlumat və qeydləri paylaşır.
DDD.AZ – Hər bir istifadəçisini düşünərək qeydiyyat zamanı rol seçimi verilir. Bunun səbəbi Milli portalımızda dövlət qeydiyyatından keçmiş Kütləvi İnformasiya Vasitələri (KİV-lər) həmçinin jurnalistlər, müəlliflər və sadə istifadəçi toplumu ziyarətindən irəli gəlir.
DDD.AZ Milli portalında hər kəs qeydiyyatdan keçib öz əlavələrini edə bilər. Həmin əlavələri bizim moderasiyadan keçdikdən sonra dərc edilir. Hər kəsin şəxsiyyətinə və yazısına biz hörmətlə yanaşaraq plagiata yol verməmək və istinadlardan həmişə istifadə edirik. DDD.AZ Milli portalı olaraq sizdəndə mütləq istinad göstərməyinizi xahiş edirik.
DDD.AZ Milli portalı daima sizə yeni layihələrlə açıqdır və sizə hər zaman dəstək olmağa hazırdır. Sizlərdə öz xəbər, məlumat və məqalələrinizi həmçinin qeydlərinizi DDD.AZ Milli portalında bölüşərək dəstəyinizi göstərə bilərsiz. Milli portalımız sizin inkişafınıza və adınızın daha bir əlavə internet resursunda çıxmasına və tanınmasına şərait yaradır.

Tez-tez verilən suallar


Saytda hər kəs qeydiyyatdan keçə bilər.

Qeydiyyatdan keçmiş hər bir istifadəçi sayta xəbər, məqalə və məlumat əlavə edə bilər.

Bəli, sayta xəbər və ya hər hansı məlumat əlavə edə bilmək üçün qeydiyyatdan keçmək mütləqdir.

Jurnalistlər, sadə istifadəçilər və müəlliflər "İstifadəçi" növünü seçməlidir.

Vergi xidmətində rəsmi olaraq qeydiyyatdan keçmiş şirkətlər, xəbər agentlikləri, sahibkarlar isə "Biznes" növünü seçməlidir.

İstifadəçi xəbər və ya digər məlumatlar dərc etməyi planlaşdırmırsa, qeydiyyatdan keçmək vacib deyil. Yox, əgər istifadəçi özünü bir jurnalist və ya müəllif kimi sınamağı planlaşdırırsa, bu vəziyyətdə saytımız onun seçdiyi istiqamətdə yardımçı platformaya çevrilir və kömək edir. Hər bir istifadəçi xəbərləri və ya başqa hər hansı məlumatı sayta əlavə edə bilər. Nəticədə, oxucular sizi tanımağa başlayacaqdır. Özünüzü sınamaq üçün platformamız ən yaxşısıdır. Çünki sizə pulsuz giriş və müxtəlif imkanlar verir.

Jurnalistlərin xəbər yayımlamaq və adlarını / brendlərini yüksəltmək üçün platformalara ehtiyacları var. Saytımız onlar üçün bu şəraiti yaradan bir platformadır. Xəbərin olduğu səhifədə istifadəçi haqqında məlumatların dərc edildiyi "İstifadəçi bloku" var. Bu blokda istifadəçinin nə qədər aktiv olduğu göstərilir. Jurnalistlərin platformalara ehtiyacı olduğu kimi, hər bir şirkət və ya xəbər agentliyinin də operativ, dəqiq və qərəzsiz jurnalistə ehtiyacı var. Bundan əlavə, hər hansı tematik sahə üzrə xəbər yükləyən jurnalistlər də bu sahədə xidmət göstərən şirkətlər üçün lazımlı şəxsə çevrilə bilərlər.

"Jurnalistlər" üçün olan faydalar "Müəlliflər" üçün də keçərlidir. Yazın, yaradın, paylaşın və adınızı / brendinizi yüksəldin. Fərqləndiyiniz təqdirdə şirkətlərdən əməkdaşlıq təklifləri almaq şansınız var.

Demək olar ki, bütün xəbər agentliklərinin öz xəbər saytları var. Xəbəri digər saytlarda paylaşmaq öz rəsmi veb saytlarına geri keçid əldə etmək üçün yaxşı bir imkandır. Bu, eyni zamanda xəbər agentliyinin məlumatlılığını artırmaq üçün bir vasitədir. İnsan resursları yetərli deyilsə, xəbər agentlikləri sistemimizin aktiv istifadəçilərinə müraciət edə və onlarla veb saytımızda xəbər yayımlamaq üçün razılığa gələ bilərlər.

Şirkətlər saytımızda iş xəbərləri, elanlar, reklam və kampaniyalar dərc edə və paylaşa bilərlər. Vaxt və ya insan resursları yoxdursa, bu halda şirkətlər aktiv istifadəçilərimizlə əlaqə qura bilərlər. İstifadəçilər həmin şirkətin xəbər, elan və s. məlumatlarını saytımızda dərc edərlər. Siz, həmçinin aktiv istifadəçilərlə sizin və brendinizin haqqınızda xəbər yerləşdirməyi də təşkil edə bilərsiniz. Bu da adınızın və brendinizin / markanızın tanınmasına gətirib çıxaracaq.

Daha aktiv istifadəçiləri müəyyənləşdirmək üçün gündəlik olaraq istifadəçilərlə bağlı statistika aparılır. Aktiv və hazırda əməkdaşlıq üçün açıq olanların siyahısını bu səhifədən əldə edə bilərsiniz - ****

Aktiv istifadəçilərin profillərində əks əlaqə imkanları var. Müstəqil olaraq onlarla əlaqə qura və əməkdaşlıq barədə razılığa gələ bilərsiniz.

Başqa bir variant isə bizə müraciət edirsiniz və biz sizin sorğunuza uyğun olan istifadəçini seçib sizə təklif edirik. Bunun üçün +994707120031 və ya +994557050013 telefon nömrələrinə sorğu göndərməyiniz kifayətdir.

Saytımızda xəbər, məqalə, məlumat və qeydlər dərc edə bilərsiniz.

Xəbər və ya digər saytlarda dərc olunmuş informasiyanı / məlumatları sayta yükləyə bilərsiniz. Ən vacib şərt xəbər və ya məlumat mənbəyini bir link (URL) şəklində göstərməkdir.

Sayta əlavə edəcəyiniz xəbər / yazı sizdən əvvəl dərc olunubsa, böyük ehtimalla sizin yüklədiyiniz moderatorlar tərəfindən dərc olunmayacaq.

a) Məlumat yeni, maksimum 2-5 saat öncəyə aid olsun.

b) Xarici dilləri bilirsinizsə, həmin dildə xəbərləri tapa və sonra Azərbaycan dilinə çevirə bilərsiniz. Bu vəziyyətdə, moderatorlarımız tərəfindən dərcin təsdiqlənməsi şansı böyükdür.

c) Digər ölkələrdə xarici dildə paylaşılan xəbərləri Azərbaycan dilinə tərcümə etməklə paylaşım edə bilərsiniz.

d) İşləməyiniz üçün maraqlı olacaq və ya daha yaxşı bildiyiniz bir kateqoriya seçməyiniz məsləhətdir.

e) Sosial şəbəkələrdə də xəbərlər və ya məlumatlar axtara bilərsiniz. Məsələn - Rusiyanın şou-biznes xəbərləri. Bu vəziyyətdə Rusiyanın şou-biznes nümayəndələrinin səhifələrinə abunə olmalı və aktyorların, rejissorların, müğənnilərin və s. xəbərlərini izləməlisiniz. Bu strategiyada əsas mənbəyə sahib olacaqsınız və bu yanaşma sizi mütləq sistemin digər istifadəçilərindən fərqləndirəcəkdir.

f) Çalışmaq istədiyiniz kateqoriyanı seçə bilərsiniz. Misal olaraq: turizm. Siz turizmlə əlaqəli səhifələrə abunə ola bilər, ingilis dilində olan yazıları Azərbaycan dilinə tərcümə edə bilər və bu strategiyanı istifadə edərək əsas mənbə ola bilərsiniz. Bu da özünüzü və şəxsi brendinizi / markanızı digərlərindən fərqləndirəcəkdir.


Bu strategiyadan istifadə etsəniz, yazınızın təsdiqlənməsi şansı xeyli artacaq. Üstəlik, bu strategiya sizi digər istifadəçilərdən fərqləndirir. Xəbərlərinizi və ya məlumatlarınızı yayımlamaq istəyən digər portallar veb saytımızda sizin yazıya keçid verəcək!

Əvvəlcə sizə əməkdaşlıq təklif edən şirkətin istəklərini dinləyin və bu məsələyə bir həlliniz varsa, hərəkət edin. Layihənin imkanları həmin istəkləri həyata keçirmək üçün yetərli deyilsə, mütləq bizimlə əlaqə saxlayın. Bunun üçün +994707120031 və ya +994557050013 telefon nömrələrinə sorğu göndərməyiniz kifayətdir.


Birinci variant:

a) Şirkət saytımızda qeydiyyatdan keçmiş hesaba sahib deyilsə, şirkət adından saytda qeydiyyatdan keçin.

b) Şirkətin istiqamətini müəyyənləşdirin.

c) Yeni informasiya axtarışında olan ziyarətçiləri potensial müştəriyə çevirəcək kateqoriya seçin.

d) Xəbər və ya məlumatların dərc olunma tezliyini təyin edin.

e) Xəbər və məlumat mənbələri tapın. Yaxşı olar ki, başqa ölkələrdə və başqa dildə olsun (yazının təsdiqlənmə şansı artır + orijinal mənbə olur + xəbər saytları müştəriniz adından dərc olunan xəbər və ya məlumatları paylaşa bilər, nəticədə bir çox istifadəçi müştərinizin brendini/adını/markasını öyrənə bilər).

f) Xəbər və ya məlumatları Azərbaycan dilinə tərcümə edərək veb saytımızda yayımlayın.

İkinci variant:

a) Şirkət haqqında xəbər yaradın və hesabınız vasitəsilə yayımlayın.

b) Şirkət haqqında məqalə yaradın və hesabınız vasitəsilə yayımlayın.

c) Şirkət haqqında qeyd yaradın və hesabınız vasitəsilə yayımlayın.

d) Şirkət direktoru və ya menecerindən müsahibə alın və hesabınız vasitəsilə dərc edin.

e) Hər bir şirkətin onunla işləmək (xidmətindən yararlanmaq) istəyənlərin həmin şirkət haqqında ilk təəssüratlarının yaxşı olması üçün onun imicini obyektiv və cəlbedici təsvir edən məqaləyə ehtiyacı var. Sizin belə bir məqalə yazmağınız müştəriniz üçün əsl hədiyyədir. Və bu müştərinizlə əməkdaşlığınızın təsdiqlənməsinə kömək edəcək.

Əlavə olaraq -

Əlavə olaraq, siz müştəriyə qazandığınız ballar vasitəsi ilə xəbər və məlumatların saytda yüksəliş (digər xəbərlərdən fərqləndirilmə) variantlarını təklif edə bilərsiniz. Ballar vasitəsilə yüksəliş variantları:

a) Xəbər və ya məlumatın önə çəkilməsi

b) Dərc olunmuş materialda oxucuların diqqətini cəlb edə bilən qalın şrift

c) Dərc olunmuş materialda oxucuların diqqətini cəlb edə biləcək çərçivə

d) Dərc olunmuş materialda oxucuların diqqətini cəlb edə bilən xüsusi fon

e) Saytda reklam (aktiv istifadəçilərə endirimlər edilir)


Xəbərlər – xəbərlər 1-3 ay müddətinə yayımlanır. Təsdiqlənəcəyi təqdirdə, moderatorlar dərc olunan xəbərin nə qədər müddətə saytda aktiv qalacağına qərar verirlər.

Məqalələr – məqalələr 1 il müddətinə yayımlanır. Müddətin uzadılması mümkündür.

Məlumatlar - məlumatlar orta hesabla 3-9 ay müddətinə dərc olunur. Müddətin uzadılması mümkündür.

Qeydlər - qeydlər 2-12 ay müddətinə yayımlanır.


Seçim meyarları aşağıdakı kimidir:

a. Son bir ay üçün təsdiqlənmiş xəbər sayı - 210 təsdiqlənmiş xəbər / məlumatdan başlayaraq.

b. Dərc olunmuş xəbərlərin baxış sayı - bir dərcin baxış sayı 250-dən başlayaraq.

c. Sistemdə qeydiyyatdan keçmiş dəvət olunan istifadəçilərin sayı - 5 nəfərdən (ay ərzində) başlayaraq


Bəli, saytımızda müxtəlif yollarla xal qazana bilərsiniz.

Saytımızda aşağıdakı yollarla xal qazana bilərsiniz:

1) Dostlarınızı saytda qeydiyyatdan keçməyə dəvət edin və qeydiyyatdan keçərkən istifadəçilər "Dəvət edən istifadəçi" xanasına E-poçt adresinizi (saytda qeydiyyatdan keçərkən istifadə etdiyiniz) yazsınlar.

2) Nə qədər çox təsdiqlənmiş informasiya olarsa, sistemimizdən bal və reklam endirimləri şəklində bir o qədər çox bonus əldə edəcəksiniz.

3) Moderator olmaq (administrator öz meyarlarına görə kimin moderator təyin olunacağına özü qərar verir)

4) Tapşırıqların icrası aktiv iştirakçıların qeydiyyat zamanı göstərilən elektron poçt ünvanlarına göndərilir.