ByteDance şirkəti TikTok-un ABŞ biznesinin satılmasından imtina edib

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

ByteDance şirkəti TikTok-un ABŞ biznesinin satılmasından imtina edib

Çinin ByteDance şirkəti TikTok servisinin ABŞ biznesinin satılması planından imtina edib. Qeyd etmək lazımdır ki, şirkət servisin ABŞ biznesinin satılması məsələsində Oracle və Walmart şirkətləri ilə danışıqlar aparırdı. ByteDance şirkətinin bu cür qərarının əsas səbəbi isə Donald Trump-ın prezident vəzifəsindən getməsidir. Bu barədə South China Morning Post saytı xəbər verib. “Bu müqavilə Trump administrasiyasının tələblərini qarşılamaq üçün planlaşdırılmışdı. Lakin o, prezident vəzifəsindən getdi və müqavilənin mənası da itdi” - deyə TikTok rəsmisi qeyd edib.

    Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Oracle şirkətinin yaradıcılarından biri Trump tərəfdarı olub və ByteDance güman edirdi ki, onunla əməkdaşlıq Donald Trump-ın yenidən prezident seçiləcəyi halında servisə ciddi kömək ola bilərdi. Bir neçə müddət bundan öncə The Wall Street Journal bildirmişdi ki, TikTok-un ABŞ biznesinin satılması bilinməyən müddətə kimi təxirə salınb. Belə ki, yeni prezident Joe Biden-ın Çin şirkətləri barsində qərarları hələ məlum deyil. Bundan əlavə olaraq məlumat verilmişdi ki, ByteDance ABŞ-da fəaliyyəti davam etdirmək üçün yeni partnyorların axtarışındadır.

Xəbərlər:

Aid olduğu ölkə

Çin Respublikası, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 561
Baxılıb: 22
Əlavə edilib:
Redaktə edilib: 18-02-2021
Bitmə tarixi: 18-02-2022
Kateqoriyalar: Biznes