Geely flaqman krossoveri barədə yeni məlumatla paylaşıb

MəlumatlarBəyənilmişlərə əlavə edin
İstifadəçi

Geely flaqman krossoveri barədə yeni məlumatla paylaşıb

Bu krossoverin canlı təqdimatı aprel ayının sonunda keçiriləcək Şanxay avtosalonunda baş tutacaqdır. Buna baxmayaraq, Geely şirkəti demək olar ki, artıq bütün detalları açıqlayıb. Əvvəllər KX11 adı ilə tanınan krossover Çində Geely XingYue L adı ilə satılacaqdır. Çox güman ki, ixrac modeli üçün başqa ad seçiləcəkdir.

Qeyd etmək lazımdır ki, Geely XingYue L modeli Volvo tərəfindən hazırlanmış CMA modul platformasında inşa edilmiş ən böyük avtomobildir. Ölçülərinə görə. Geely KX11 krossoverini Hyundai Santa Fe modeli ilə müqayisə etmək olar: avtomobilin uzunluğu 4770 millimetr, eni - 1895 millimetr, hündürlüyü isə 1689 millimetrdir. Çin avtomobilinin təkər bazası daha böyükdür: 2745 millimetrə qarşı 2845 millimetr. Krossover diametri 18 ilə 20 düym arasında ölçülərə malik olan təkər diskləri təklif ediləcəkdir.

Geely XingYue L daxili bazarda iki versiyada satışa çıxarılacaqdır. Hər iki versiya Volvo Drive-E ailəsinə daxil olan 2,0-litrlik dördsilindrli benzin turbomühərriki ilə təchiz ediləcəkdir. Birinci versiya 218 at qüvvəsi və 325 Nm hasil edən mühərrik, iki muftalı yeddi plləli “robot” və ön ötürmə ilə təklif ediləcəkdir.

İkinci versiya 238 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən aqreqat, səkkiz pilləli Aisin “avtomatı” və arxa oxda BorgWarner muftası olan tam ötürmə sistemi ilə təchiz ediləcəkdir. Düzdür, dinamika baxımdan versiyalar demək olar ki, bir-birindən fərqlənmirlər: krossoverlər 100 km/saat həddinə sürətlənməyə müvafiq olaraq 7,9 və 7,7 saniyə sərf edirlər.

Krossover məsafədən idarəetmə funksiyasına malik olan avtomatik parklama sistemi ilə təchiz edilir: əmrləri məsafədən pult vasitəsi ilə vermək olar. Bundan başqa, Geely Xingyue L modeli digər avtomobillər və yol infrastrukturu ilə məlumat mübadiləsi aparmağa imkan verən V2X (Vehicle to X) sisteminə malikdir.

Bu sistem tıxaclar haqqında məlumat verərək marşrutu daha səmərəli planlaşdırılmağa,, adaptiv kruiz-kontrolun işini optimallaşdırılmağa, habelə belə infrastruktura malik olan qapalı dayanacaqlarda parklanmanı tam avtomatlaşdırılmağa imkan verəcəkdir. Avtomobilə yer axtarmaq üçün əmr verməniz kifayətdir - bundan sonra rahatlıqla alış-verişə gedə bilərsiniz.

İnteryerin əsas xüsusiyyəti - cihazlar panelindən başlayaraq sağ qapıya qədər uzanan parlaq örtükdür. Bu örtüyün altında yalnız media sisteminin sensorlu ekranı deyil, həm də ön sərnişin üçün ayrıca bir ekran gizlənir. Krossoverin avadanlıq siyahısına dəri salon, panoram dam və dairəvi müşahidə kameraları daxil edilib.

Geely XingYue L modeli Çin bazarında satışa yay aylarında çıxarılacaqdır.

Xəbərlər:

Aid olduğu ölkə

ÇXR, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1662
Baxılıb: 31
Əlavə edilib:
Redaktə edilib: 04-04-2021
Bitmə tarixi: 04-04-2022
Kateqoriyalar: Avto