Uyğurlar kimdir və Çin niyə Soyqırımında ittiham olunur ?

MəqalələrBəyənilmişlərə əlavə edin
İstifadəçi

Uyğurlar kimdir və Çin niyə Soyqırımında ittiham olunur ?


Çin, Sintszyanın şimal-qərb bölgəsindəki əksəriyyəti müsəlman olan Uyğur əhalisinə qarşı davranışlarına görə dünyanın dörd bir yanından gələn tənqidlərlə üzləşir. 

İnsan hüquqları qrupları, Çinin son bir neçə ildə dövlətin "yenidən maarifləndirmə düşərgələrində" bir milyondan çox Uyğuru həbs etdiyinə inanır.

Uyğurların məcburi əməkdə istifadə edilməsinə və qadınların isə zorla qısırlaşdırıldığına dair dəlillər mövcuddur.

ABŞ da Uyğurlara qarşı edilən repressiya ilə əlaqədar Çini soyqırım və insanlığa qarşı cinayətlər törətməkdə günahlandıran bir neçə ölkə arasındadır.

Çin bu cür iddiaları rədd edərək bölgədəki separatizm və islamçı militanlıqla mübarizə apardığını söyləyir.

 

 Uyğurlar kimdir?

Rəsmi olaraq Sintszyan Uyğur Muxtar Rayonu olaraq bilinən Sintszyan bölgəsində, Çinin şimal-qərbində, əsasən müsəlman olan 12 milyona yaxın Uyğur yaşayır. Uyğurlar öz dillərində ( türk dilinə bənzər) danışırlar və özlərini mədəni və etnik olaraq Orta Asiya millətlərinə yaxın hesab edirlər. Sayca Sintszyan əhalisinin yarısından azını təşkil edirlər. Son onilliklərdə Han Çinlilərin (Çinin etnik çoxluğu) Sintszyana kütləvi köçürülməsi ilə uyğurlar mədəniyyətlərini və dolanışıqlarını təhdid altında hiss etdilər.

Sintszyan harada yerləşir?

Sintszyan Çinin şimal-qərbində yerləşir və ölkənin ən böyük bölgəsidir. Sözdə Tibet kimi muxtardır , yəni bəzi özünüidarəetmə güclərinə malikdir. Ancaq praktikada hər ikisi də mərkəzi hökumət tərəfindən böyük məhdudiyyətlərlə qarşılaşır.

Dünya pambığının təqribən beşdə birini istehsal edir, əsasən səhralıqdır.

Eyni zamanda neft və təbii qazla zəngindir və Orta Asiya və Avropaya yaxın olduğu üçün Pekin tərəfindən əhəmiyyətli bir ticarət əlaqəsi olaraq görülür.

20-ci əsrin əvvəllərində uyğurlar qısa müddətdə müstəqillik elan etsələr də, bölgə 1949-cu ildə Çinin yeni Kommunist hökumətinin tam nəzarəti altına alındı.

Çinə qarşı hansı iddialar var? 

ABŞ, Kanada və Hollandiya da daxil olmaqla bir neçə ölkə Çini , beynəlxalq konvensiya ilə "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etməyə cəhd" kimi müəyyən edilən, soyqırım törətməkdə günahlandırır.

Bundan əlavə, uyğurları düşərgələrdə saxlamaqla yanaşı, Çinin uyğur qadınlarını əhalini azaltmaq üçün zorla kütləvi şəkildə qısırlaşdırıldığı və uyğur uşaqlarını ailələrindən ayırdığı barədə məlumatlar də mövcuddur.

ABŞ Dövlət Katibi Antoni Blinken, Çinin "soyqırım və insanlığa qarşı cinayətlər" etdiyini bildirib.

İngiltərə Xarici İşlər Naziri Dominik Raab, uyğurlarla rəftarın "ən təməl insan haqlarının dəhşətli pozuntuları" olduğunu qeyd edir.

BMT-nin insan hüquqları komitəsi 2018-ci ildə çinlilərin Sintszyanda "ekstremizmə qarşı mübarizə mərkəzlərində" bir milyona qədər insanı saxladıqları barədə etibarlı məlumatlara sahib olduqlarını söyləyib.

Avstraliya Strateji Siyasət İnstitutu, 2020-ci ildə Sintszyanda 380-dən çox "yenidən maarifləndirmə düşərgələrinin" olduğuna dair dəlillər tapıb ki , bu, əvvəlki təxminlərə görə 40 % artıb.

Bundan əvvəl, "Çin Kabelləri" kimi tanınan sızdırılan sənədlərdə, düşərgələrin ciddi intizam və cəzalarla yüksək təhlükəsizlik həbsxanaları kimi işlədilməsi nəzərdə tutulduğu açıq şəkildə bildirilir. Düşərgələrdən qaçmağı bacaran insanlar fiziki, zehni və cinsi işgəncələrə məruz qaldıqlarını bildiriblər. Qadınlar kütləvi təcavüz və cinsi istismardan danışıblar.

2020-ci ilin dekabrında BBC-nin gördüyü araşdırmada yarım milyona qədər insanın pambıq yığmağa məcbur olduğu göstərilib. "Yenidən maarifləndirmə düşərgələri" ərazisində yeni fabriklərin tikildiyinə dair dəlillər var.

Basqıların səbəbi nə idi? 

1990-cı illərdə Sintszyanda anti-Han və separatçı əhval-ruhiyyə yüksəlir və bu şiddətə çevrilir. Və 2009-cu ildə Sintszyanda baş verən toqquşmalarda təxminən 200 nəfər həyatını itirir.Bu hadisələrdə Çinlilər öz dövlətlərini istəyən uyğurları günahlandırırlar. 

Ancaq son illərdə kütləvi təhlükəsizlik basqısı müxalifəti alt-üst edib.Sintszyan, indi maşın nömrələrindən tutmuş insan üzlərinə qədər hər şeyi analiz edən polis, nəzarət nöqtələri və kameralar da daxil olmaqla geniş bir nəzarət şəbəkəsi ilə əhatə olunur. 

Human Rights Watch-a görə, polis hətta insanların nə qədər elektrik enerjisi istifadə etməsi və ön qapıdan nə qədər istifadə etdikləri kimi davranışlarını izləmək üçün bir mobil tətbiqetmə istifadə edir. 

Prezident Xi Jinpinq 2017-ci ildə Çindəki bütün dinlər oriyentasiya baxımından "çinli" olmalıdır deyən bir sərəncam verdikdən sonra təzyiqlər daha da artıb.

Çin nə deyir?

Çin Uyğurların həbs olunması xəbərlərinin tamamilə, həqiqətə uyğun olmadığını söyləyir.

Basqının terrorizmin qarşısını almaq və islamçı ekstremizmin kökünü kəsmək üçün lazım olduğunu və düşərgələrin terrora qarşı mübarizədə məhkumları yenidən maarifləndirmək üçün təsirli bir vasitə olduğunu bildirib.

Çin uyğur militantların partlayışlar, təxribat və vətəndaş iğtişaşları hazırlayaraq müstəqil bir dövlət qurmaq şiddətli bir kampaniya apardıqlarını israr edir. Ancaq, uyğurlara qarşı edilən repressiyalara haqq qazandırmaq üçün təhdidi şişirtməkdə günahlandırılır.

Çin Uyğur əhalisini kütləvi qısırlaşdırma yolu ilə azaltmağa çalışdığı iddialarını "əsassız" adlandıraraq rədd edir və məcburi əmək iddialarının "tamamilə uydurma" olduğunu söyləyir.

Aygün Səfərova

Mənbə: BBC 

Xəbərlər:

Xüsusi məlumat

Aid olduğu ölkə

ÇXR, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 2151
Baxılıb: 34
Əlavə edilib:
Redaktə edilib: 29-04-2021
Bitmə tarixi: 29-04-2022
Kateqoriyalar: Cəmiyyət