Volkswagen yeni iri ölçülü krossover buraxacaq

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Volkswagen yeni iri ölçülü krossover buraxacaq

Volkswagen tarixindəki ən böyük krossoveri hazırlayır. Talagon adlanacaq model haqqında məlumat Çin Sənaye Nazirliyinin məlumatlar bazasında aşkar edilib.

Bu günə alman markasının ən iri modeli ABŞ bazarında Atlas olaraq da tanınan Avropada isə Teramont adlandırılan krossoverdir. Bununla birlikdə, ölçü baxımından daha iri olan başqa bir krossover yoldadır: Talagon Teramont modelindən 117 millimetr uzun, 13 millimetr enli və 26 millimetr hündür olacaqdır. Beləliklə, VW Talagon modelinin uzunluğu 5153 millimetr, eni - 2002 millimetr, hündürlüyü - 1795 millimetr, təkər bazasının ölçüsü isə 2980 millimetr olacaqdır. Talagon modeli MQB modul platformasının uzadılmış versiyasına əsaslanacaqdır.

Dizayn baxımından model, 2019-cu ildə Şanxayda təqdim olunan Volkswagen SMV konseptinin demək olar ki, tam surətidir.

Çində Talagon modelini 186 və ya 220 at qüvvəli 2.0-litrlik TSI benzin turbomühərriklə, birinci halda ön ötürmə, ikincisində isə tam ötürmə ilə təklif ediləcəkdir. Eyni zamanda, əvvəllər 300 at qüvvəli 2.5-litrlik V6 turbomühəırriki haqqında söhbət gəzsə də, çox güman ki, belə bir modifikasiya daha sonra işıq üzü görəcəkdir.

Modelin təqdimatının 2021-ci ilin aprelində keçirilməsi planlaşdırılır. Krossoverin istehsalı FAW-Volkswagen birgə müəssisəsində yerləşdirilib.

Xəbərlər:

Aid olduğu ölkə

Ölkəyə bağlı olmayan

Məlumatlar

Məlumat ID-si: 1303
Baxılıb: 25
Əlavə edilib:
Redaktə edilib: 13-03-2021
Bitmə tarixi: 13-03-2022
Kateqoriyalar: Avto