Bentley üçüncü nəsil Continental GT Speed kabrioletini təqdim edib

QeydlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Bentley üçüncü nəsil Continental GT Speed kabrioletini təqdim edib

Bentley şirkəti tarixindəki ən dinamik kabrioleti - üçüncü nəsil Continental GT Speed Convertible modelini təqdim edib. Açıq kuzovlu flaqman modeli 6.0-litrlik W12 mühərrikinə, habelə 50 km/saat sürətində 19 saniyədən az müddətə qatlana bilən yumşaq dama sahibdir.

Bentley şirkəti Continental GT Speed Convertible modelini etalon kabriolet kimi səciyyələndirir. “Bərkgedən” kabriolet 659 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6.0-litrlik W12 biturbo mühərriki və iki muftalı səkkiz pilləli “robot” ilə təchiz edilir.

GT Speed Convertible modeli 100 km/saat həddini 3.7 saniyəyə toplayır ki, bu da adi Continental GTC modelində olduğundan 0,1 saniyə daha yeyindir. Kabrioletin makimal sürəti 335 km/saatdır. Tam ötürməli flaqman aktiv pnevmoasqı, yana əyilmələrin qarşısını alan 48 voltluq elektromexaniki sistem və karbon-saxsı əyləc mexanizmləri ilə təchiz edilir.

Adi kabriolet kimi, bilən Speed versiyası da 50 km/saat sürətində 19 saniyəyə qatlana bilən Z-fold damı ilə təchiz edilir. Yumşaq dam, ənənəvi Britaniya tvidi də daxil olmaqla, yeddi rəng variantında əlçatandır. GT Speed Convertible modelinin seçilən xüsusiyyətləri tünd rəngli radiator barmaqlığı, ön qanadlardakı xrom Speed loqosu və tünd 22-düymlük təkər diskləridir.

Continental GT Speed Convertible modelnin eksklüziv interyeri dəri və süni zamşa ilə örtülür. Müştərilər 15 əsas və 11 əlavə tərtibat variantında seçim edə bilərlər. İlk kabrioletlərin ABŞ və Avropadakı müştərilərə 2021-ci ilin üçüncü rübündə çatdırılması gözlənilir. Modelin qiyməti açıqlanmayıb.

Xəbərlər:

Aid olduğu ölkə

Ölkəyə bağlı olmayan

Məlumatlar

Məlumat ID-si: 1808
Baxılıb: 26
Əlavə edilib:
Redaktə edilib: 14-04-2021
Bitmə tarixi: 14-04-2022
Kateqoriyalar: Avto