F1 bolidi üslubunda Mercedes-Benz Sprinter evakuatoru hazırlanıb

MəlumatlarBəyənilmişlərə əlavə edin
İstifadəçi

F1 bolidi üslubunda Mercedes-Benz Sprinter evakuatoru hazırlanıb

Polşada fəaliyyət göstərən Kegger kuzov atelyesi Formula 1 avtomobillərindən ilham alaraq hazırladığı qeyri-adi evakuatoru təqdim edib. Layihənin əsasını keçən il 25-illik yubileyini qeyd edən Mercedes-Benz Sprinter təşkil edib. Bu hadisənin şərəfinə polşalılar Sprinter Petronas Edition adlanan və qiyməti 125.000 avro təşkil edən 25 ədəd evakuator yığacaqlar.

Brutal evakuatorun kuzovu Mercedes-AMG Petronas F1 komandasının avtomobillərinin rənglərinə boyanıb. Evakuator firuzəyi haşiyələri olan qara və gümüşü rəngli livreyaya sahib olub. Transformasiya zamanı Sprinter genişlənmiş hava girişləri olan başqa ön bamperə, yan ətəklərə, tünd radiator barmaqlığına və qara 18-düymlük yüngül lehimli təkər disklərinə sahib olub. Kuzovun üzərində AMG loqotiplərinin olmasına baxmayaraq, adı çəkilən bölmə avtomobilin yaradılmasında iştirak etməyib.

Evakuator üçün həddən ziyadə rahat olan salon alkantara ilə örtülüb. Bu materialı ön paneldə, oturacaqlarda və qapı kartlarında görmək olar. Avtomobilin təchizatına multimedia kompleksinin iri ekranı və subvuferi olan səs sistemi daxildir.

Mercedes-Benz Sprinter Petronas Edition modeli Avropada mövcud olan ən güclü Sprinter modelinə əsaslanır. Yük avtomobili 190 at qüvvəsi və 440 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 turbodizel və yeddi pilləli “avtomat” ilə təchiz edilir. Ötürmə - arxa oxadır. Qeyri-adi evakuatorun digər “fişkası” pnevmoasqısıdır.

Xəbərlər:

Aid olduğu ölkə

Ölkəyə bağlı olmayan

Məlumatlar

Məlumat ID-si: 1646
Baxılıb: 37
Əlavə edilib:
Redaktə edilib: 04-04-2021
Bitmə tarixi: 04-04-2022
Kateqoriyalar: Avto