Pavel Durov Telegram-da reklam strategiyasının necə olacağından danışıb

MəlumatlarBəyənilmişlərə əlavə edin
İstifadəçi

Pavel Durov Telegram-da reklam strategiyasının necə olacağından danışıb

Keçən ilin dekabr ayında Pavel Durov bildirmişdi ki, Telegram-ın gəlir gətirmə vaxtı gəlib çatıb. O qeyd etmişdi ki, messencerin mövcud temp ilə böyüməsi çərçivəsində o, gəlir əldə etməli və xərcləri özü qarşılamalıdır. İndi isə Durov məşhur messencerlərdən biri olan Telegram-da reklam strategiyasının necə çalışacağından və onun istifadəçi təcrübəsinə necə təsir edəcəyindən danışıb.

    İlk öncə Durov söz verib ki, messencerdən sosial şəbəkə kimi deyil yalnız mesajlaşma üsulu kimi istifadə çərçivəsində fərdi və qrup çatlarında reklam elanları təqdim olunmayacaqlar. Onun sözlərinə əsasən messencer özünün konfidensiallıq siyasətini qoruyub saxlayacaq və reklam targetinqi üçün istifadəçi məlumatlarını yığmayacaq. Telegram-dakı kanalların sahiblərinə gəldikdə isə onlar reklamların inteqrasiya olunması ilə öz kontentləri sayəsində gəlir əldə edə biləcəklər.

 Bununla yanaşı reklamların inteqrasiya olunması ianələrin yğılmasını və ödənişli abunəlik sistemini ləğv etməyəcək. Bu üsul ilə kontent yaradıcıları öz abunəçilərinə uyğun strategiya quraraq kanalların maliyyələşdirilməsi üsulunu seçə biləcəklər. “Ənənəvi sosial şəbəkələr məlumatların yığılması və alqoritmlərin manipulyasiyası sayəsində uzun müddət istifadəçilərdən və reklam verənlərdən istifadə edirlər. Bunu dəyişməyin zamanı gəlib çatıb” - deyə Durov bildirib.

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Aid olduğu ölkə

Ölkəyə bağlı olmayan

Məlumatlar

Məlumat ID-si: 563
Baxılıb: 16
Əlavə edilib:
Redaktə edilib: 18-02-2021
Bitmə tarixi: 18-02-2022
Kateqoriyalar: İnternet