OPEC+ neft hasilatının maydan tədricən bərpa olunması barədə razılığa gəlib

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

OPEC+ neft hasilatının maydan tədricən bərpa olunması barədə razılığa gəlib

OPEC+ ölkələrinin nazirləri may ayından etibarən neft hasilatının bərpasına başlamaqla bağlı razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə TASS-a OPEC-dəki mənbə məlumat verib.

“Bəli, artım olması ilə bağlı razılığa gəldik, o, tədricən olacaq”, - mənbə həcm göstərmədən deyib. Söhbət may-iyul ayları arasındakı dövrdən gedir.

Daha sonra nazirlərin danışıqlarına qatılan iki mənbə OPEC+ ölkələrinin may-iyul aylarında gündəlik neft hasilatını 1,14 milyon barel həcmində bərpa edə biləcəklərini söyləyib. Onların məlumatına görə, may və iyun aylarında gündəlik artım 350 min barel, iyulda isə gündəlik 441 min barel olacaq. Səudiyyə Ərəbistanı da may ayından etibarən könüllü hasilat ixtisarını yumşaldacaq.

Xəbərlər:

Aid olduğu ölkə

Ölkəyə bağlı olmayan

Məlumatlar

Məlumat ID-si: 1631
Baxılıb: 18
Əlavə edilib:
Redaktə edilib: 02-04-2021
Bitmə tarixi: 02-04-2022
Kateqoriyalar: İqtisadiyyat