XAÇAPURİ RESEPTİ

MəqalələrBəyənilmişlərə əlavə edin
İstifadəçi

XAÇAPURİ RESEPTİ

Tərkibi:
1 yumurta
1 x.q. şəkər tozu
1 ç.q. duz
700-800 qr. un
4 x.q. günəbaxan yağı
100 ml. süd
10 qr. quru maya
300 ml. su

İçlik:
150 qr. ağ pendir
150 qr. holland pendiri
100 qr. mozarella pendiri
kərə yağı
4 yumurta +1 üsdü üçün

Hazırlanması:
50 ml. ilıq süddə mayanı və şəkər tözünü həll edin. isti yerdə qalxana kimi 20 dəq. gözlədin. Yaxşı mayalanmalıdır.
Un ələnir, içində yer açıb 1 yumurta vurun 50 ml südlə qarışdırılmış 300 ml ilıq su tökülür, qabarmış maya, duz və günəbaxan yağı əlavə olunur. Xəmir yoğurulur, xəmir bərk olmamalıdır. Yağ əlavə edirik. Xəmirin gözəl olması üçün ən azı 20 dəq. yoğurmaq lazımdır. Əllərinizi günəbaxan yağa batırın ki, xəmir ələ yapışmasın. Xəmirin üstünə biraz yağ sürtülür və 1,5-2 saatlıq isti yerə qoyulur. Sonra yene yoğrulur ve 1-1,5 saatlıq qoyulur.
İçlik üçün pendir sürtgəcdən keçirilir. Xəmir 4 yerə ayrılır. Sonra hər kündə çox da böyük olmayan dairə şəkilində yayılır. Pendir səpilir, qıraqları 2-3 sm açıq qalır. Dairənin qıraqları mərkəzə doğru bükülür, ucları birləşdirilir – yani qayığı xatırladan derinlik alınır. Hər qayığın içinə biraz kərə yağı qoyun.Sobada 200 dərəcədə 15 dəqiqəyə qoyuruq. Xaçapurilərin qıraqları qızaran kimi, sobadan götürülür və hərəsinin üstünə 1 yumurta vurulur. Sonra yenə sobada bişirilir. Yumurtanın ağı bişənə gədər 1-2 dəqiqə.

Nuş olsun!

Xəbərlər:

Xüsusi məlumat

Məlumat ünvanı (URL) onn.az/metbex/xacapuri-resepti/

Aid olduğu ölkə

Ölkəyə bağlı olmayan

Məlumatlar

Məlumat ID-si: 1051
Baxılıb: 187
Əlavə edilib:
Redaktə edilib: 27-02-2021
Bitmə tarixi: 27-02-2022
Kateqoriyalar: Reseptlər