Vatsapın qoyduğu müddət bitir: Bunu etməyən hesablar bloklanacaq

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Vatsapın qoyduğu müddət bitir: Bunu etməyən hesablar bloklanacaq

[Press-DDD] “WhatsApp” mesajlaşma tətbiqetməsinin yeni məxfilik müqaviləsinin 8 fevralda qüvvəyə mindiyini açıqladıqdan sonra yüz minlərlə istifadəçi alternativ tətbiqetmələrə müraciət etdi.

NOCOMMENT oxu.az-a istinadən məlumat verir ki, qısa müddətdə şirkətin səhmlərinin ucuzlaşmasına baxmayaraq, “WhatsApp” yeni məxfilik sazişinin qüvvəyə minəcəyi tarixin vaxtını uzatmaqla kifayətləndi.

Yeni məxfilik müqaviləsini qəbul etmək üçün son tarixi 15 maydır.

Ondan 120 gün sonra hesablar avtomatik silinəcək.

Şirkətin iddiasına görə, müqaviləni qəbul edənlərin mesajları gizliliklərini qorumağa davam edəcək. Bununla yanaşı, “WhatsApp” abunəçilərinin şəxsi məlumatlarına daxil ola biləcək. İstifadəçilər məkana, alış tarixçəsinə və cihaz məlumatlarına daxil ola biləcəklər. Bu məlumatlar feysbukla da paylaşılacaq.

Şirkət telefon nömrələrinin bir müəssisə ilə paylaşılması məsələsinə də aydınlıq gətirib.

Buna əsasən, qərarı istifadəçi verəcək. vatsap abunəçiləri istənilən vaxt tətbiqi bloklamaq hüququna sahib olacaqlar.

Xəbərlər:

Aid olduğu ölkə

Ölkəyə bağlı olmayan

Məlumatlar

Məlumat ID-si: 2269
Baxılıb: 46
Əlavə edilib:
Redaktə edilib: 06-05-2021
Bitmə tarixi: 06-05-2022
Kateqoriyalar: Texnologiya