Əfqanıstanda sülh danışıqları başlayandan mülki itkilər kəskin artıb

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Əfqanıstanda sülh danışıqları başlayandan mülki itkilər kəskin artıb

Əfqanıstanda ötən il sülh danışıqları başlayandan bəri mülki itkilər kəskin şəkildə artıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Əfqanıstandakı missiyasının illik hesabatında bildirilib.

Qeyd olunub ki, 2020-ci ildə Əfqanıstanda 8 820 mülki vətəndaş həlak olub. Bu rəqəm 2019-cu ilə nisbətən 15% aşağıdır. Lakin hesabat müəllifləri 2020-ci ilin son üç ayında, sülh danışıqları başlayandan bəri mülki itkilərin kəskin şəkildə artdığını vurğulayıblar.

Hesabatda o da bildirilib ki, 2020-ci ilin IV rübündəki mülki itkilər 2019-cu ilin eyni dövrü ilə müqayisədə 45% çoxdur: “Ötən il Əfqanıstanda sülh ili ola bilərdi. Bunun əvəzinə isə minlərlə mülki vətəndaş öldü. Atəşkəs barədə düşünməyi rədd edən tərəflər bunun dağıdıcı nəticələrini başa düşməlidirlər”.

“Taliban”dan isə bildirilib ki, hesabatda dəqiq informasiya və detallar nəzərə alınmayıb.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqları sentyabr ayında başlayıb.

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Aid olduğu ölkə

Əfqanıstan, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 785
Baxılıb: 14
Əlavə edilib:
Redaktə edilib: 23-02-2021
Bitmə tarixi: 23-02-2022