İstifadəçi

KİV - DDD.AZ
Aktivlik reytinqi: 747 yazı
Aktivlik reytinqi: 747 yazı
Şirkətin adı: DDD.AZ
Mobil nömrə: +9..........göstər
Vebsayt: ddd.az
Facebook: www.facebook.com/www.DDD.Az
Instagram: www.instagram.com/ddd.az/
Twitter: twitter.com/www_ddd_az
Telegram: t.me/ddd_az
Texasda 9 milyon nəfər susuz qalıb
ABŞ-ın Texas ştatında şaxtalı hava şəraiti səbəbindən 1 200-dən artıq su sistemi yararsız hala düşüb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu ştatın valisi Qreq Ebbott bildirib.
Onun sözlərinə görə, Texas Milli Mühafizəçiləri ötən həftənin sonunda 3,5 milyon şüşə su paylayıb. Milyonlarla sakinin yaşayışına təsir göstərən elektrik enerjisində yaranan fasilələr bu günlərdə böyük miqyasda bərpa olunub. Hazırda ştatda 9 milyon sakin su qıtlığından əziyyət çəkir.
Qeyd edək ki, fevralın 11-dən Texas başda olmaqla ABŞ-ın bir sıra ştatlarında havanın soyuq və şaxtalı keçməsi nəticəsində 60 nəfər ölüb. Ölüm hadisələrinin 30-ı Texasda qeydə alınıb.
Xatırladaq ki, 2019-cu ilin məlumatına əsasən, Texasın 29 milyon nəfər əhalisi var.
Xüsusi məlumat
Xəbər ünvanı (URL) report.az/diger-olkeler/texasda-9-milyon-nefer-susuz-qalib/
Aid olduğu ölkə
ABŞ, Digər ölkələr
Məlumatlar
Məlumat ID-si: 781
Baxılıb: 9
Əlavə edilib: 23-02-2021
Redaktə edilib: 23-02-2021
Bitmə tarixi: 23-02-2022
Kateqoriyalar: Cəmiyyət