ABŞ-da tornado nəticəsində 5 nəfər ölüb, 50-dək ev dağılıb

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

ABŞ-da tornado nəticəsində 5 nəfər ölüb, 50-dək ev dağılıb

ABŞ-ın Alabama ştatında tornado azı 5 nəfərin həyatına son qoyub.

Avtosfer.az CNN telekanalına istinadən xəbər verir ki, bu barədə şerif Mettyu Ueyd bildirib.

Onların sözlərinə görə, ötən gün axşama qədər ştatın bir neçə məntəqəsində 20 mindən çox sakin işıqsız qalıb, 50-dək bina dağılıb.

Yerli hakimiyyət orqanları və təcili yardım xidmətləri dəymiş zərərin qiymətləndirilməsini və qurbanların axtarılmasını davam etdirir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Milli Hava Xidməti Alabama, Missisipi və Tennessi ştatlarında tornado təhlükəsi barədə xəbərdarlıq etmişdi.

Xəbərlər:

Aid olduğu ölkə

ABŞ, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1502
Baxılıb: 24
Əlavə edilib:
Redaktə edilib: 26-03-2021
Bitmə tarixi: 26-03-2022
Kateqoriyalar: Hadisə