“ABŞ-ın Rusiyaya yeni sanksiya zərbələri olacaq”

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

“ABŞ-ın Rusiyaya yeni sanksiya zərbələri olacaq”

Volodin: “Bu dəfə sanksiyalar Rusiyanın iqtisadi inkişafını dayandırmaq üçün sənaye və enerji sektoruna yönəldiləcək”

ABŞ-ın Rusiyaya yeni sanksiya zərbələri olacaq. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

Volodinin fikrincə, bu dəfə sanksiyalar Rusiyanın iqtisadi inkişafını dayandırmaq üçün sənaye və enerji sektoruna yönəldiləcək.

“Rusiyanın güclü bir suveren dövlət kimi inkişafı ABŞ üçün narahatedicidir. Üstəlik, ölkəmizin dünyada layiqli yerini tuta biləcəyi fikri ABŞ və müttəfiqləri üçün qəbuledilməzdir. Vaşinqtonun son vaxtlarkı isteriyası bununla əlaqəlidir. Hesab edirəm ki, xarici müdaxilənin qarşısını almaq üçün hər şey edilməlidir”, - Volodin söyləyib.

Qeyd edək ki, 15 aprel tarixində ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı yeni sanksiyalar haqqında fərman imzalayıb. Sanksiyalar Rusiyanın 32 fiziki və hüquqi şəxsinə, altı texnoloji şirkətinə tətbiq edilib.

Xəbərlər:

Xüsusi məlumat

Xəbər ünvanı (URL) ayna.az/news/27350

Aid olduğu ölkə

ABŞ, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1918
Baxılıb: 22
Əlavə edilib:
Redaktə edilib: 19-04-2021
Bitmə tarixi: 19-04-2022
Kateqoriyalar: Siyasət