Rihannanın 17 milyonluq evindən fotolar

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Rihannanın 17 milyonluq evindən fotolar

[Press-DDD] Üç ay əvvəl “Beverly Hills”də bahalı bir malikanə üçün 13 milyon 800 min dollar (23 milyon 460 min manat) ödəyən müğənni Rihanna həmin səmtdə başqa bir ev də alıb.
Axşam.az xarici KİV-ə istinadən bildirir ki, 33 yaşlı sənətçi bu evi üçün 10 milyon dollar (17 milyon manat) ödəyib. Malikanənin əvvəlki sahibləri bu villanı, 2015-ci ildə 5 milyon 100 min dollara (8 milyon 670 min manat) satın alıb.

Rihannanın dört yataq otağı olan yeni malikanəsi yarım hektar ərazidə yerləşir. İfaçının qonşuları isə Meray Keri, Paul Makkartni kimi tanınmış simalardır.

Villa 1930-cu illərin sonunda inşa edilib. İllər ərzində mənzildə dəfələrlə restavrasiya aparılıb.

Xəbərlər:

Xüsusi məlumat

Aid olduğu ölkə

ABŞ, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 2090
Baxılıb: 31
Əlavə edilib:
Redaktə edilib: 24-04-2021
Bitmə tarixi: 24-04-2022
Kateqoriyalar: Şou-biznes