İlk dəfə başqa planetdə helikopter uçdu

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

İlk dəfə başqa planetdə helikopter uçdu

NASA, ilk dəfə bir helikopterin başqa bir planetdə uçuş həyata keçirdiyini xəbər verdi.

Agentlik bildirir ki, "Ingenuity" mini helikopteri bu səhər Mars səmasına qalxıb.Helikopter planetin səthinə geri dönmədən əvvəl 3 metr yüksəklikdə uçub.

Xəbər nəzarət məntəqəsində sevinc və alqışlarla qarşılanıb. Missiyadan gələn şəkillərdə helikopterin havada fırlanması əks olunub .

NASA-nın Ingenuity Mars Helikopter layihəsi meneceri MiMi Anq "İndi insanoğlunun başqa bir planetdə bir helikopter uçurduğunu söyləyə bilərik." -deyə qeyd edib.

İlk uçuşdakı məlumatlar avtolaşdırılmış testdən bir neçə saat sonra Yerə qayıdıb.

Qeyd edək ki, helikopter Marsa 2021-ci il fevralın 21-də Nasanın "Perseverance" aparatının içində səyahət edib.

Tərcümə: Aygün Səfərova

Mənbə: Sky News

 


ib.

Xəbərlər:

Aid olduğu ölkə

ABŞ, Digər ölkələr

Video

Məlumatlar

Məlumat ID-si: 1926
Baxılıb: 25
Əlavə edilib:
Redaktə edilib: 19-04-2021
Bitmə tarixi: 19-04-2022
Kateqoriyalar: Texnologiya