Bayden karbon emissiyasını 50-52 % azaldacağını vəd etdi

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Bayden karbon emissiyasını 50-52 % azaldacağını vəd etdi

ABŞ Prezidenti Bayden, qlobal iqlim böhranını müzakirə etmək üçün "Dünya Günü"nə təsadüf edən və bu gün başlayan dünya liderlərinin iki günlük virtual zirvəsinə ev sahibliyi edir.

Bayden zirvədə iqlim dəyişikliyi ilə mübarizə üçün "həlledici onillik" olduğunu vurğulayaraq ABŞ-ın 2030-cu ilə qədər karbon emissiyalarını 2005-ci il səviyyəsindən 50-52% -ə qədər azaldacağını vəd edib. 

40 qlobal liderin virtual zirvəsində təqdim olunan bu yeni hədəf, əvvəlki vədlərini iki qatıdır. Ancaq dünyanın ən böyük emitentlərindən olan Hindistan və Çin liderləri yeni bir şərh bildirməyiblər.


Prezident Bayden : "Alimlər bizə bunun həlledici onillik olduğunu söyləyirlər.İqlim böhranının ən pis nəticələrini önləyən qərarlar verməyimiz lazım olan bir onillik. Yer kürəsinin hərarətini 1,5C-ə qədər saxlamağa çalışmalıyıq. 1,5 dərəcəni keçməsi daha sıx və daha güclü yanğınlar, daşqınlar, quraqlıqlar, isti hava dalğalar və qasırğalar deməkdir ki, bu da cəmiyyəti parçalamaq, həyatları və yaşayışı qoparmaq anlamına gəlir." - deyə bildirib.

Maraqlıdır ki, bir çox xarici siyasət məsələlərində Rusiya və Çinlə qarşıdurmada olan Ağ Ev qlobal iqlim dəyişikliyində birgə fəaliyyət göstərməyi təklif edir.

Tərcümə: Aygün Səfərova

Mənbə: CNN

Xəbərlər:

Aid olduğu ölkə

ABŞ, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1955
Baxılıb: 19
Əlavə edilib:
Redaktə edilib: 23-04-2021
Bitmə tarixi: 23-04-2022
Kateqoriyalar: Tibb və Sağlamlıq