BMW 430 min avtomobili geri çağırır

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

BMW 430 min avtomobili geri çağırır

BMW konserni Almaniyada yanğın təhlükəsi səbəbindən üçüncü seriyaya aid 430 min avtomobili geri çağırır.

"APA-Economics"in "Focus"a istinadən verdiyi məlumata görə, bu barədə şirkətdən bildirilib.

Artan yanğın riski 2017-ci ildən bəri məlumdur. İstehsal tarixi 2004-cü ilin iyulundan 2012-ci ilin iyun ayına qədər olan avtomobillər parkinq edilmiş avtomobillər də daxil olmaqla qısa qapanma, kontaktların əriməsi və ya nadir hallarda yanğınla qarşılaşa bilər.

Geri çağırılan avtomobillər təmir üçün servislərə getməlidir. Söhbət E90-E93 kodlu modellərdən gedir.

Xatırladaq ki, BMW avtokonserni BMW, "Mini" və "Rolls-Royce" markalı avtomobillər, motosikletlər və mühərriklər istehsal edir. Şirkətin baş ofisi Münhen şəhərində yerləşir.

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Aid olduğu ölkə

Almaniya, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 615
Baxılıb: 11
Əlavə edilib:
Redaktə edilib: 19-02-2021
Bitmə tarixi: 19-02-2022
Kateqoriyalar: Avto