Almaniyada koronavirus peyvəndi olunanlara güzəştlər vəd edilir

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Almaniyada koronavirus peyvəndi olunanlara güzəştlər vəd edilir

Almaniyada koronavirusa qarşı peyvənd olunan vətəndaşlar mağazalara qabaqcadan COVID-19 testi etdirmədən gedəcək və karantin qaydalarını gözləmədən səyahət edə biləcəklər.

"İki sahil" xəbər verir ki, bunu “Bild am Sonntag” qəzetinə müsahibəsində AFR-in səhiyyə naziri Yens Şpan deyib. "Peyvənd olunanlar mağazalara, yaxud bərbərxanaya testsiz gedə biləcəklər. Həmçinin Robert Kox İnstitutu hesab edir ki, onlara bundan sonra karantinə əməl etmək lazım gəlməyəcək", - deyə nazir bildirib.

Onun sözlərin görə, qəti qərar Almaniya koronavirusun üçüncü dalğasını keçdikdən sonra qəbul olunacaq.

Hazırda AFR-də qışdakı kimi sərt olmasa da, karantin tətbiq edilir. Məktəblər və uşaq bağçaları, bərbərxana və gözəllik salonları, gül və kitab mağazaları açıqdır. Testsiz yalnız supermarketlərə getmək olar. Məhdudiyyət tədbirləri aprelin 18-dək uzadılıb və çox güman ki, onların sərtləşdiriləcəyi gözlənilir.

Almaniyada indiyədək əhalinin 12 faizi – təxminən 10 milyon nəfər vaksinin bir hissəsini alıb, 4,3 milyon insan isə tam peyvəndlənib.

Xəbərlər:

Aid olduğu ölkə

Almaniya, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1677
Baxılıb: 18
Əlavə edilib:
Redaktə edilib: 04-04-2021
Bitmə tarixi: 04-04-2022
Kateqoriyalar: Pandemiya