Bu avtomobillərin qiyməti kəskin ucuzlaşacaq - VİDEO

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Bu avtomobillərin qiyməti kəskin ucuzlaşacaq - VİDEO

Azərbaycana idxal olunan elektromobillərin bütün vergi və rüsumlardan azad edilməsi üzərində işlər aparılır. Avtosfer.az xəbər verir ki, Nazirlər Kabinetinin ötən ilin nəticələrinə dair hesabatında elektromobillərin idxalında güzəştlərin olacağı qeyd edilib. Bununla bağlı bir sıra ölkələrin təcrübəsindən istifadə olunacaq.


Ekspertlər isə güzəştlərin hərtərfəli nəzərə alınmalı olduğunu bildirirlər. Çünki bu avtomobillər həm bahalı olduğundan, həm də usta və ehtiyat hissələri tapılmadığından əlçatan olmaya bilər.
Güzəşt çərçivəsində hibrid avtomobillərin ƏDV-dən azad edilməsi, yeni avtomobillərin rüsumlarının azaldılması və güzəştli kredit şərtləri təqdim olunması da nəzərdə tutulub.

Ekspertlər də ötən illər ərzində hibrid avtomobillərə böyük tələbat yarandığını və bu səbəbdən ilkin olaraq bu avtomobillərə güzəştlər tətbiq edilməli olduğunu bildirir.

Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqi və kütləvi istifadəsi ilə bağlı məsələlər "Yol hərəkətinin təhlükəsizliyinə dair" 2019-2023-cu illər üzrə Dövlət Proqramında da nəzərdə tutulub. Proqramın əsas 5 istiqmaətindən biri də məhz ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinə olan güzəşt və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Video

Məlumatlar

Məlumat ID-si: 1298
Baxılıb: 31
Əlavə edilib:
Redaktə edilib: 12-03-2021
Bitmə tarixi: 12-03-2022
Kateqoriyalar: Avto