Bayram günlərində yol qəzalarında beş nəfər ölüb

QeydlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Bayram günlərində yol qəzalarında beş nəfər ölüb

İki gün ərzində törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılıb

2021-ci il mart ayının 20-dən 22-dək daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, iki gün ərzində törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan yeddi nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında dörd yol nəqliyyat hadisəsi baş verib, nəticədə beş nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

Xəbərlər:

Xüsusi məlumat

Məlumat ünvanı (URL) ayna.az/news/26206

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1455
Baxılıb: 22
Əlavə edilib:
Redaktə edilib: 22-03-2021
Bitmə tarixi: 22-03-2022
Kateqoriyalar: Avto