Köhnə avtomobillərin BU EHTİYAT HİSSƏLƏRİ böyük təhlükə mənbəyidir - Ekspert

QeydlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Köhnə avtomobillərin BU EHTİYAT HİSSƏLƏRİ böyük təhlükə mənbəyidir - Ekspert

Əvvəlki yazılarda köhnə Sovet istehsalı olan, istismar müddətini başa vuran avtomobillərin təhlükə mənbəyi olduğu barədə məlumat vermişdik. Bəs, onların ən təhlükəli ehtyat hissələri hansılardır?

Mövzu ilə bağlı TED.az-a danışan avtomoil üzrə mütəxəssis Eldəniz Cəfərov bildirib ki, köhnə Sovet avtomobilləri keçmiş Sovet standartlarına uyğun istehsal olunub və bugünkü təhlükəsizlik standartlarına cavab vermir: “Müqayisə etsək, bu maşınların nə dərəcədə təhlükəli olduğunu görə bilərik. Belə avtomobillərin daha çox transmissiya, əyləc sistemində problemlər yaşana bilər. Onlar qəfil manevr zamanı daha çox qəzaya səbəb ola bilərlər. Qəfil dönmə, dayanma anlarında qəzalar baş verə bilir. Ümumiyyətlə, Azərbaycanda avtomobillərin bir qismi təhlükəsizlik standartlarına cavab vermir. Çünki köhnə standartlar üzərində istehsal olunublar və bugünün tələbləri tam başqadı”.

Mütəxəssisin fikrincə, bu məsələ kompleks həll edilməlidir: “Yalnız köhnə sovet avtomobillərinin istismarının qarşısını almaq haqda düşünməməliyik. Ümumiyyətlə, Azərbaycanda belə yararsız avtomobillərin dövriyyədən çıxarılmasına çalışmalıyıq. Bunun isə iki yolu var. Birincisi asan üsul olsa da, vətəndaşların narazılığına səbəb ola bilər. Bu, utilizasiya proqramıdır. İkinci yolu isə yeni avtomobillərin ölkəyə idxalı, onun istismarını sadələşdirməkdir. Avtomobil parkının yenilənməsi üçün Azərbaycanda avtomobillərə tətbiq edilən rüsumlar endirilməlidir. Yeni ekoloji təmiz maşın almaq istəyən şəxslər üçün bank güzəştləri olmalıdır. İlkin ödənişin miqdarı təxminən 20% civarında olmalıdır. İllik kreditlərinin faizi 9-10%-ə endirilməlidir. Üstəlik icbari sığorta, texniki baxış istiqamətində güzəştlər tətbiq edilməlidir. Vətəndaşlar yeni avtomobil ala bildikdən sonra təbii ki, belə köhnə, yararsız maşınlardan imtina edəcəklər. Hazırda köhnə Sovet avtomobili sürən vətəndaşın maşın sürməsinə qadağa qoya bilmərik. Çünki onların əksəriyyəti regionlarda yaşayır və bu maşınla özlərinə çörəkpulu qazanır. Həmin insanlar bu nəqliyyat vasitəsi olmadan həmin işləri görə bilməzlər. Buna görə də, kompleks tədbirlər düşünülməlidir. Belə avtomobilləri birmənalı olaraq qadağan etmək çıxış yolu deyil. Vətəndaşların rifahını düşünmək lazımdır”.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 648
Baxılıb: 39
Əlavə edilib:
Redaktə edilib: 19-02-2021
Bitmə tarixi: 19-02-2022
Kateqoriyalar: Avto