Biznes ideyalar 17 iş məsləhəti (2020)

MəlumatlarBəyənilmişlərə əlavə edin
İstifadəçi

Biznes ideyalar 17 iş məsləhəti (2020)

Biznes ideyalar sizə əlavə gəlir qazanmaq üçün yeni bir sahəyə atılmağınız üçün əla fürsətdir. Bir iş qurmağa hazırsan? Burada sabahdan başlaya biləcəyin işləri sizinlə bölüşürük.
Bir çox adam əsasən internet üzərindən pul qazanmaq haqqında axtarışlar edir. Bu axtarışırın nəticəsində isə özünə uyğun işi tapmaq çox çətindir. Bu işləri isə ən sadəsindən çətininə qədər aşağıdakı siyahıdan baxa bilərsiniz.

Bu fikirləri oxuyarkən də bəzi şeylərə də diqqət etmək lazımdır.
İdeal olaraq mükəmmək bir iş fikri 3 ideyadan əmələ gəlir.
1. Etməyi həqiqətən sevdiyiniz bir iş olmalı
2. bir iş olmalı
3. tələb edilən bir iş olmalı (insanların pul ödəyəcəyi)
Bundan başqa bir işə başlayarkən onun haqqında dərindən öyrənməli biznes plan hazırlamalı, özünüzə uyğun mənfi və müsbət tərəflərini müəyyənləşdirməlisiniz. Biznes plan hazırlamaq üçün isə buradan məlumat əldə edə bilərsiniz:

Biznes ideyalar ilə pul qazan


Bloq yaratmaq
Məlumatınızn çox olduğu bir sahəyə uyğun məzmunlar paylaşacağınız bir veb sayt yaradın. Burada özünüz haqqında və ya insanlara faydalı olacaq paylaşımlar edərək, bu kütləyə həm satışlar edə bilər, həm də reklam qəbul edərək qazana bilərsiniz.

Veb site developer
Wordpress kimi hazır sayt yarada biləcəyiniz sahələri öyrənərək bu işlərdən pul qazana bilərsiniz. Hazırda dünyada ən çox sayt bu sistemlərdən qurulur və hərgün bunu macaran insanlara tələb artmaqdadır.

SMM xidməti
Frilans olaraq işləmək üçün ən yaxşı iş seçimidir. Biraz araşdırma və analiz bacarıqlarınızı artıraraq rahatlıqla SMM xidməti ilə məşğul ola bilərsiniz. Daha ətraflı SMM haqqında məlumat üçün klikləyin.

SEO xidməti
2020 də trend işlərdən biri olan bu sahənin peşəkarı olun, iş özü sizi tapacaq. SEO xidməti ölkəmizdə də ən çox tələb olunan iş sahələrindən biri və və hətta birinci sırada olanlardandır.

Kontent menecer
Araşdırmaq və yaratmaq istəyənlər üçün əsl iş. Hər bir şirkətin onun xidmətlərini sözlərlə ifadə edəcək birinə ehtiyacı var. Bu işi niyə siz etməyəsiniz ki? Bu sahədə rahatlıqla frilans iş götürüb məşğul ola bilərsiniz. Xarici dil bilikləriniz varsa, xarici mənbələrdən daha çox qazanc əldə edə bilərsiniz.

Tərcüməçi
Bu iş üçün təcrübəçilik ixtisasını bitirməyə heç ehtiyac yoxdur. Sadə mətnləri belə tərcümə etməyi bacarırsınızsa, artlıq pul qazanmaq vaxtıdır. Bu işdə xüsusi proqramlardan istifadə edərək daha kryfiyyətli işlər görə bilər və xarici müştərilərlədə əmakdaşlıq edə bilərsiniz.

Dizayner
yaradıcılığınız və birazda photoshop kimi alətlərdən istifadə etmək bacarığınız varsa pul qazanmaq vaxtıdır. Hərgün 100 lərlə insan dizayner axtarışındadır. Bu sahəni öyrənim özünüzə uyğun biznes qura bilərsiniz.

Məclis təşkilatcısı
Bu sahə üçün xüsusi istedada ehtiyac yoxdur. Sadəcə satışdan və planlamadan anlayışınız olmalıdır. Sizə lazım olan sadəcə axtaran insanların qarşısına çıxaraq nə axtardıqlarını öyrənmək və ona satış etməkdir. Hətta bu sahədə vasitəçilik edərək də pul qazana bilərsiniz. Məsələn: bir müştəriniz ad günü etmək istəyir? Çox əla. O zaman əsl satış zamanıdır. Dekorunu, tortunu, restoranını, əyləncə təşkilatcılığını siz edin və faizdən qazanın.

Təhsil məsləhətcisi
Xaricdə təhsil hər il yüzlərlə tələbənin müraciət ediyi bir mövzudur. Bu sahədə bacarıqlar əldə edərək, siz tələbləri istədiyi universitetə qəbul alaraq onlardan xidmət haqqı ala bilərsiniz. Bu işlə məşğul olan şirkətlər barmaqla sayılmayacaq qədər çoxdur. Lakin siz daha güvənilir biri olaraq və təcrübənizə əsasən daha çox iş qazana bilərsiniz

 Əl işləri hazırlamaq
Biznes ideyalar içində ən sevdiyim əl işləridir. Halal əl zəhməti ilə qazanmaq buna deyərəm. Taxtadan, dəmirdən, vərəqdən və s bir aksesuar və başqa şey hazırlaya bilirsinizsə əhsən sizə gəlin reklamınızı edək ? Bu sahənin ən gəlişli qazanc yeri olduğunu da sizə çatdıraq. İşləriniz həqiqətən əvəzedilməzdirsə, bir onlayn satış platforması açaraq daha çox insana işləriniz sevdirə bilərsiniz.

Tur bələdçisi
Yayın ən çox axtarılan insanı ola bilərsiniz. Düzdür sezonluq işdir amma qazancı sizi qane edəcəyini düşünürük. Xarici dil bacarığınız varsa( xüsusən ərəb dili ? ) və yaydırsa, əsl qazanmaq vaxtıdır. Arabs are coming

İnstaqram İnflunser
İnstaqram fenomeni ol reklamdan qazan başqa heçnə. Bu iş hətta önəmli marketinq planları üçün əsas məsələdir. Böyük şirkətlər belə influnserlərlə işləyərək onlarla əməkdaşlıq edir.

Çap işləri
Dizayn bacarıqlarınız varsa, bir çap şirkəti ilə əməkdaşləq edirsiniz və sadə vizitkart, banner, reklam kimi sifarişlər götürərək qazanc əldə edə bilirsiniz.

Domen adi alib satmaq
Ən çox maraqlı olan mövzu və yaradıcı bir ad tapırsınız, domeni online.az, (az domenləri üçün) hostimul.com (digər domen adları) kimi saytlardan əldə edirsiniz, və sonra daha baha qiymətə satırsınız.

Data analizi
Son illərin ən çox axtarılan işçisi. Axtarılanlardan olun özləri tapacaqlarda, pul da ödəyəcəklər.

 Youtube kanalı yaratmaq
Ölkəmizdə ən çox meyxana kanalları qazansa da, siz daha yaradıcı işlər görərək pullar qazana bilərsiniz. Son illərsə reklam verənlərin sayı çoxalır və youtube isə burdan pul qazanmaq üçün əla seçimdir.

Daşınmaz əmlak məsləhətçisi
Bir sözlə maklerlik edin. Airbnb kimi saytlardan otaqlarınızı arenda verə bilərsiniz. Arenda.az kimi saytlarda isə alış satış, və kirayələmə işlərini pulsuz olaraq görə bilərsiniz.

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Xüsusi məlumat

Məlumat ünvanı (URL) devdoping.az/biznes-ideyalar/

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 224
Baxılıb: 41
Əlavə edilib:
Redaktə edilib: 06-02-2021
Bitmə tarixi: 06-02-2022
Kateqoriyalar: Biznes